Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidəki Azərbaycan teatrının aktyorları işdən qovuldu

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında səs-küyə səbəb olan qalmaqallı vəziyyət yaranıb...

“Report”un Gürcüstan bürosu xəbər verir ki, teatr rəhbərliyi 8-i peşəkar aktyor olmaqla 11 nəfəri işdən azad edib.

İşdən çıxarılanlar bu qərarı ədalətsiz adlandırıblar. Onların arasında uzun illər teatrda çalışanlar da var. Aktyorların sözlərinə görə, bu addımla Gürcüstandakı Azərbaycan mədəniyyətinə böyük zərbə vurulub.

Mədəniyyət ocağından aktyorların qovulması onların teatrın 2019-cu ildən bədii rəhbəri təyin olunan Turqay Vəlizadəni boykot etmələri ilə bağlıdır. Belə ki, aktyorların böyük əksəriyyəti onun bu vəzifəyə təyinatını dəstəkləmədiyindən etiraz əlaməti olaraq teatrda fəaliyyətlərini dayandırıblar. Aktyor truppası T.Vəlizadəni qeyri-peşəkarlıqda və səriştəsizlikdə günahlandırıb.

Teatrdakı vəziyyət barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi də məlumatlı olub.

Gürcüstanın Azərbaycan icmasının nümayəndələri də teatrdan kütləvi işdən çıxarılmanı olduqca kəskin qınayıblar. İşdən qovulanlara dəstək ifadə edən əksər azərbaycanlı gənclər və ictimai fəallar T.Vəlizadənin dərhal istefa verməsini tələb edirlər. Onlar ədalətin tezliklə bərqərar olacağına ümid etdiklərini bildiriblər.

T.Vəlizadə hələ məsələyə münasibət bildirməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar