Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə İpək Yolu Forumu keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq İpək Yolu Forumu keçirilir....

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın baş naziri Giorgi Qaxarianın himayəsi altında təşkil olunan tədbirdə 60 ölkədən 30-dan çox yüksək vəzifəli rəsmi şəxslər, 400 xarici özəl sektor təmsilçisi də daxil olmaqla 2 000-dən çox nümayəndə iştirak edir.

Forumun əsas məqsədi İpək Yolu təşəbbüsü təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi üçün platforma yaratmaqdır. Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.

Azərbaycanı beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov təmsil edirlər.

Foruma beynəlxalq korpus, təşkilat və maliyyə qurumlarının təmsilçiləri də qatılıblar. Tədbiri 200-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandırır.

Oktyabrın 23-də də davam edəcək beynəlxalq tədbir çərçivəsində 200-ə yaxın B2B görüşlər planlaşdırılıb.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu 2015-ci ildən etibarən iki ildə bir dəfə keçirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar