Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə etiraz aksiyası bərpa olunub - Foto,Yenilənib

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası bərpa olunub...

“Report”un yerli bürosu xəbər verir ki, dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.

Etirazçılar parlament binasının önündəki Rustaveli prospektinə qızınmaq üçün dəmir çəlləklər və odun gətiriblər.

Təşkilatçılar aksiyanın 24 saat rejimində keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Tbilisidə etirazlara ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsi səbəb olub.

*** 09:25

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib.

Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər.

Aksiyaçılar ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin yetərli səs toplamamasına etiraz edirlər. Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Aksiyanı parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının liderləri və tərəfdarları da dəstəkləyir.

pia.az


Etiket: Tbilisi aksiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar