Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taxt-tac davası

“Avropa İttifaqının 28 üzv ölkəsindən 13-nün yönətimi bu gün Pentaqonun nəzarətindədir. Yəni Stiv Bennonda. 2019-cu ildə isə daha 5 Avropa İttifaqı ölkəsi bu sistemin içinə girəcək. Planları budur.

Ergün DİLƏR

Takvim qəzeti 16 yanvar 2019

Masa yıxıldığı və yenisi qurulmadığı zaman ağrı böyük olur. Savaş zamanıdır axı. Savaşı kim qazanacaq görəcəyik. Bizim işimiz gördüklələrimizi yazmaqdır. Küləyin hardan əsdiyini fırtınadan qabaq təxmin etməyə çalışırıq.

Birlikdə...

Səhnədəki savaş aktyorlarını sıralayıram.

Oyunları yazıram.

Səhnələrdən söz açıram.

Çünki böyük bir qırılılma nöqtəsindən keçirik.

Tarixi doğrü öyrənməyimiz üçün zorlanırıq... Çünki köhnə masanın quruluşunu yazan yoxdu buralarda. Kimsə heç nə bilmədən yoluna davam edirdi.

Kor uçuşu yəni...Nə isə... Daha əvvəldə çox yazdım. Stiv Bennon... Pentaqon Stiv Bennon ilə Avropanı yenidən dizayn edir.

ROTŞİLD AİLƏSİNİN hökmranlığı altında yatan böyük güc Avropa Krallığı Birliyidir!

Bennon PENTAQON ilə birlikdə Avropanın mövcud düzəninə hücum edir. Və bu hücumlar nəticəsində bu düzən böyük yara alıb. Yıxılmaq üzrədir. Bennon silah lobbisinin dəstəyi ilə 2018-də Avropa turuna çıxdı. İtaliya, İspaniya, Almaniya, Belçika, Macarıstan kimi aparıcı Avropa ölkələrinə səfər edən Bennonun təsir gücünü izlədik. Çoxlu qarışıq hadisələr gördük və açıqcası bəziləri baş verənləri anlamaqda zorlandı. Amma hər şey ortadadır. Bennon İtaliyada qurulması imkansız olan hökümətin qurulmasını mümkün etdi. İspaniyada Raxoy hökümətini yıxan və sadəcə bir həftə ərzində yeni hökümət də quran Stiv Bennon idi. Bu hökümət Bennonun arzuladığı bir hökümət deyildi, amma İspaniyada yeni hökümətin qurulmasına ehtiyac var idi.

Stiv Bennon

Almaniya da qurulmayan hökümət Bennonun sehirli əsasıyla qurulurdu. Rotşildlər ailəsinin 100 ildir hökm etdiyi düzən yıxılırdı.

Trampın baş müşaviri kürsüsünü itirərkən belə nəfəs-nəfəsə qaldığı Rotşildlər ailəsini yıxmağa qərarlıydı Stiv Bennon. Çünki sağçı, ya da solçu olmasından asılı olmayaraq radikal cərəyanlar Rotşildlər ailəsi tərəfindən yönləndirilirdi.

10 min dollarlıq kostyum geyinən solçu ola bilməzdi. Ancaq Rotşildlər ailəsi bu qavrayışı pozur, kapitalizmlə solçuluğu birləşdirirdi. Kapitalizmə qarşı çıxanlar 10 min dollarlıq kostyum geyinirdilər. Belçika və Macarıstanda da yeni bir düzən lazım idi. Yaxında Belçikada dəyişiklik olacaq. Eyni şəkildə İspaniyada da höküməti dəyişdirmək üşün Bennon düyməni basmışdı. Stiv Bennon Belçikanın liberal hökümətinin yox olacağını söyləmişdi. 18 dekabrda Belçikanın baş naziri Şarl Mişel istefa verdi. 3 gün sonra kral Fillip Şarl Mişelin istefasını qəbul etdi. Amma Şarl Mişel hələ bir müddət də vəzifəsini icra etməlidir.

İspaniyada radikal sağçı Vox yeni dönəmdə ölkənin idarəsində yer alacaq. Avropadakı bir çox millətçi cərəyanlar Pentaqondan yönəldilir. Fransanı soruşursunuz? Yeni dönəmdə Fransa da radikal sağçılar tərəfindən yönəldiləcək. Çünki Rotşildlər ailəsinin İngiltərədən sonra ən güclü olduğu ölkə Fransadır. Bennon artıq Fransada radikal sağçıların yeni dönəmdə bu ölkəni yönəldəcəyi sistemi qurub. Bir neçə həftə əvvəl keçirilən anket sorğusunda Bennonun dəstək verdiyi ultra sağçı Le Penin başçılıq etdiyi “Milli Cəbhə” Hərəkatı Fransanın ən güclü partiyası oldu. Bennon daha əvvəl “fransada populist-millətçi üsyan dünyanın yeni fenomeni olacaq” demişdi. Burada Bennonun eyham vurduğu üsyan “Sarı jiletlilər” üsyanı idi.

Bennonun Avropada “Açıq Cəmiyyət İnstitutu”ndan istifadə edərək küçələrə tökdüyü “Sarı jiletlilər”i göylərə qaldırdı.

Rotşildlər ailəsinin dəstəklədiyi çok önəmli siyasətçilərdən biri Makrondur. Rotşildləin Fransa lideri Makrondan sonra ən çox dəstəklədikləri siyasətçi Marlen Şyappadır. Bəs Şyappa nə dedi: “Sarı jiletlilər”i dəstəkləyən xarici güclərin kim olduğunu bilirik.

“Sarı jiletlilər” tamamən xarici güclərin Avropanı işğal eləmək üçün ortaya atılan bir hərakatdır” deyən Şyappa əslində baş verənlərə görə Bennona, Soros ailəsinə eyham vurdu.

Marlen Şyappanın ittiham etdiyi Bennonun İtaliya siyasətində baş rola hazırladığı “5 Ulduz Hərəkatı”nın lideri Luci Di Maio və “5 Ulduz Hərəkatı” “Sarı jiletlilər”lə eyni ağızdan danışırlar. Yəni Avropa yenidən doğulur. Avropaya yeni düzən gəlir.

Avropa İttifaqının 28 üzv ölkəsindən 13-nün yönətimi bu gün Pentaqondadır. Yəni Stiv Bennonda. 2019-cu ildə isə daha 5 Avropa İttifaqı ölkəsi bu sistemin içinə girəcək.

Planları budur.

Bəs görəsən, Avropa Birliyi üzvü olmayan ölkələr Bennonun marağındadırmı? Əlbəttə, marağındadır. Xüsusilə də Türkiyə... Qeyd etmək lazımdır ki, Stiv Bannon Brüsseldə çox önəmli türk siyasətçilərlə görüşüb. Bu barədə qısa zamanda məlumat veriləcək. Kimlərlə görüşdüyü çox maraqlıdır, çünki Bannonun Türkiyə antipatiyasını bilməyən yoxdur.

Ankara düşmənçiliyi

Bennon “Türkiyə İrandan daha təhlükəlidir” deməklə düşmənçiliyini açıq-aydın bəlli edib. Bunu rəsmi bir adla deməsə də, təsiri kifayət qədər böyükdür. Bennonun, “Türkiyənin çox önəmli siyasətçiləri hələ də pərdə arxasında qalıb. Yaxın bir vaxtda onların dövrü başlayacaq”,- deyə vurğuladığı şəxs Ağ Evin keçmiş katibi Rayns Pribasdır. Hansı ki, Pribas yunandır və yunan dilində şüarları var. Sanki son zamanlarda buralarda bir Bizans fırtınası əsir!

Yunanca şüarları var. Çox qəribədir, elə deyilmi? Niyə görəsən? Düşünün bir az...

Serbiya, Makedoniya, Qaradağ və Albaniya kimi Avropa Birliyinə üzvü olmaq istəyən ölkələr də eynilə Türkiyə kimi Bannonun hədəfindədir. Həmin ölkələr üçün xüsusilə sağçı şəxslərlə prosesə davam edən Bannona bu gücü verən, əlbəttə ki, Pentaqondur. Bannonun tələblərinə qarşı çıxan istənilən ölkə “Sarı jiletlilər”lə tanış ediləcək. Sözsüz ki, “Sarı jiletlilər” Bannonun dünya siyasətinə yön vermək üçün hazırladığı ən önəmli layihədir.

Rotşildler ailəsi kifayət qədər güclü qaladır

Əlbəttə ki, Bannon bu qədər güclü addımlar atarkən, bir tərəfdən Rotşildler ailəsi də Avropa Birliyini güclü saxlamağa çalışır. Avropa Birliyi güclü qaldığı müddətcə Rotşild ailəsi də güclü qalacaq. Bu ailədə doğru həmlələrlə cavab verə biləcək təcrübə və güc var. Ona görə də, Avropanın gələcəyi BREXİT-lə bağlıdır. İngiltərə BREXİT-lə bağlı çox vacib qərarlar qəbul etməli idi. Məhz buna görə, şənbə günü “Sarı jiletlilər” küçələrdə ilk üsyana başlamışdı. Bunu daha öncədən bildirmişdim.

Vəziyyət ortadadır

Vəziyyəti başa düşmək üçün jurnalist olmağa ehtiyac yoxdur. İngiltərə hər tərəddüdündə “Sarı jiletlilər”in etirazı ilə qarşılaşacaq. Geriyə çəkildikləri anda çox böyük bir xaos yaranacaq... İngiltərə ən azı İran qədər çətin vəziyyətdədir. Əgər İngiltərə Avropa Birliyindən ayrılsa, Rotşildlər ailəsi bu günə qədərki ən böyük krizisini yaşayacaq. Kraliça çox çətin vəziyyətdədir. Həmçinin ingilis dərin dövləti də...

İngiltərədəki bütün banklar İngiltərənin qərarını gözləyir. İngiltərə Avropa Birliyindən ayrıldığı anda trilyonlarla dollar və qızıl Çinə axacaq. Nəticədə, Britaniya sarsılacaq... Əgər Rotşildler ailəsi Pentaqon ilə razılaşıb davam etsə, Avropadan qovulacaq və Çinə gedəcək. Çünki başqa bir yer tapa bilməyəcəklər...

BREXİT ilə İngiltərə, “Sarı jiletlilər” ilə də Fransa çox önəmlidir. Rotşildlər ailəsi qalib gələrsə, ABŞ birdəfəlik gedə bilər... Yəni məhv olar!

Matç ortadadır. İzləyin və həzz alın... Lakin elə bilməyək ki, bu külək heç vaxt bizə tərəf əsməyəcək... Axı əks mövqedə gözləyənlər bizə məlumdur..

Tərcümə PİA.az-ındır

Mənbə: takvim.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar