Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin ötəsində - Şəkillərdə yatan tarix..

Bu faktlar kifayət etdi ki, məhdud və uşaq əməyinin faydalı tərəfləri haqda kapitalist düşüncə tərzinin yaratdığı illiziyor fikirləri alt-üst etsin. Hayn qarşısına qoyduğu məqsədinə çatdı – tezliklə uşaq əməyinin müdafiəsi ilə bağlı qanun qəbul olundu.

Tarixdə itirilmiş minlərlə insan, nəsillər bəzən təsadüfi kadrlarda, kitab səhifələrində ilişib qalır…
“İki iş vardır ki, özümü onlara sərf etmək istərdim. Mən dəyişilməli və layiqincə dəyər verilməli olan bəzi şeyləri göstərməyə çalışıram.”

Lewis Hine (Luis Hayn, 26.09.1874-3.11.1940) – amerikan fotoqraf və sosioloqu Oşkoşda (Viskonsin ştatı) doğulub, yerli məktəbi bitirdikdən sonra Çikaqoda universitetdə təhsilini davam etdirir, daha sonra sosiologiya üzrə Nyu Yorkda magistr dərəcəsinə yüksəlir.

Ali təhsilini tamamladıqdan sonra Etika Mədəniyyəti Məktəbində müəllim kimi dərs deməyə başlayır. Bu illərdə məktəb həyatı ilə bağlı həvəskar fotolar və illustrasiyalar çəksə də, məqsəd fotoqrafiyanın sirlərinə dərindən yiyələnmək idi.

Yəhudi-slavyan gettosunda botanika müəlimi işləyərkən Luis Hayn immiqrantların Amerikada mühacir həyatı ilə yaxından tanış olur. Bu dövrdə yoxsulluq və səfaləti lentə alan fotoları əsrin əvvəllərinin real mənzərəsi və insan həyatının “dəyəri” baxımından əvəzsiz qiymətlidir. Müəllimlik fəaliyyətini dayandıran Lewis Hine “National Child Labor Committee”də (“Uşaq əməyi milli komitəsi”) fotoqraf işləməyi qərara alır. Onun estetik və daha çox isə siyasi gücə malik fotoları ilə silahlanmış bu təşkilat ABŞ tarixində ilk dəfə uşaq əməyi, yeniyetməlik yaşına çatmamışların istismarına qarşı ciddi mübarizəyə qalxır.

Fotolar həm də öz həyatı idi. Kiçik yaşlarından fabrikdə çalışan Luis Hayn qədər heç kim bu çətinlikləri anlaya bilməzdi. Hər şey onun ətrafında baş verirdi. Bəlkə də ona görə uşaqlıqdan məhrum balacaların həyat faciələrinin dəhşətlərini fotolarında göstərə bilmişdi.

1908-ci ildən 10 il müddətində şəxsi qaleriyasında fəaliyyət göstərir. Sosial sənədli əsərlərinin toplandığı qaleriyanı lakonik “İtirilmiş nəslin qaleriyası” adlandırırdılar. Luis bu fotolarla gənc işçiləri əbədiləşdirdi: kömür mədənlərində çalışan, zibil yığan qulluqçu, toxucu, satıcılar, yükdaşıyan günəmuzd “hambal”, yanğınsöndürənlər və qəzet satan küçə uşaqları.

Bir müddət sonra kömürçülərin həyatından sosioloji tənqidi araşdırma aparır. “Pitsburqu gözdən keçirərkən” rubrikasından fotolarda tibbi şərtlər və qoruyucu tədbirlərsiz iş şəraiti, sıradan sakinlərin çətinlikləri, ani sevinci və daimi narahat həyatı, hətta ölüm anlarının kadrları var.

1912-ci ildə fotoqrafın uşaq əməyinin ekspluatasiyasını göstərən fotolar seriyası Amerikanı sarsıtdı. Bu şəkillərdə cırıq-sökük paltarlarda, ağır işdə çalışan, yetkinlik yaşına çatmamış uşaqlar, gözlərində ümid sönmüş, vaxtından əvvəl qocalmış görkəmlər vardı. Kəskin illustrasiyalarla avtor amerikan uşağının həyat tərzini, amerikan tarixinin bir mərhələsini verirdi.

Təbii ki, sahibkar təbəqə oxşar növbəti fotoların çıxmasının qarşısını almağa çalışırdı. Haynı hədələyir, çox vaxt zavod və fabriklərin ərazisinə buraxmırdılar. O isə müxtəlif yollarla – sənaye fotoqrafı, sığorta agenti,rahib cildində bu yerlərə daxil olurdu.

 

 

Hayn fotolar çəkmir, həm də ünsiyyət saxlayırdı. Uşaqlar bəzən öz həyatlarını ona danışırdı. Qeydlərində onların sağlamlığı, adətləri haqda, uşaqların boyunu gödəkçəsinin düymələri ilə necə ölçdüyünü də yazırdı.

Bir neçə foto və belə qeydlər əsasında kiçik yazılar hazırlayır:

“Yük daşıyan Ouens. 12 yaşında. Oxumağı bacarmır. Əlifbanı bilmir. Deyir:”Bəli, mən oxumaq istəyirəm, amma mümkün deyil, bütün günü işlə məşğulam” 4 ildir ki, fabrikdə işləyir. “

 

 

 

“Bəzi qızlar və oğlanlar o qədər balaca idilər ki, toxucu dəzgahının üstünə dırmaşmağa məcbur idilər.”

 

“İşçilərdən biri tekstil fabrikində işləyir. Bəzən gecələr işləməyə məcburdur. Bütün işləri 48 sentə günəmuzd yerinə yetirir. Ondan yaşını soruşanda başını yellədib: “Yadıma gəlmir.” cavabını verir. Sonra yenə danışır: “İşə görə kifayət qədər yaşım yoxdu, ancaq böyüklərdən pis görmürəm”. Burada 50 işçidən 10 uşaq onunla eyni yaşda olardı.”

Bu faktlar kifayət etdi ki, məhdud və uşaq əməyinin faydalı tərəfləri haqda kapitalist düşüncə tərzinin yaratdığı illiziyor fikirləri alt-üst etsin. Hayn qarşısına qoyduğu məqsədinə çatdı – tezliklə uşaq əməyinin müdafiəsi ilə bağlı qanun qəbul olundu.

1909-cu ildə fotoqraf «Child Labor in the Carolinas» (“Karolinada uşaq əməyi”) və «Day Laborers Before Their Time» (“Növbədən əvvəl işçilərin günü”) kitaplarını çap etdirir. Bu ilkin nəşrlər tamamilə azyaşlıların probleminə həsr olunmuşdu.

 

 

(Scherif Abde, Fotosintez bloqu)

Pia.az


Etiket: Kapitalizm Tarix


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar