Tarixdə bu gün hansı hadisələr baş verib?
PİA.az noyabrın 27-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1526 - Osmanlı sultanı Süleyman Qanuni Avstriya səfərinə başlayıb.
1920 - RSFSR XKS “Türküstan və Azərbaycan SSR-də pambıqçılığı bərpa etmək barədə” dekret verib.
1967 - Fransa Böyük Britaniyanın Ümumi Bazara girməsinə veto qoyub.
1983 - Madrid aeroportuna enmə zamanı Kolumbiyaya məxsus təyyarə qəzaya uğrayıb, 193 nəfər həlak olub.
1995 - Azərbaycan Respublikası Litva ilə diplomatik əlaqələr qurub.
2002 - BMT nəzarətçiləri 4 il fasilədən sonra İraqda yenidən kimyəvi silah axtarmağa başlayıblar.
2006 - MDB məkanında ilk dəfə olaraq Bakıda hüquqşünas qadınların beynəlxalq konfransı keçirilib. (Yenisabah.az)
pia.az