Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixçi: Zəngəzurun Ermənistana verilməsi türkdilli dövlətlər arasında bağların zəifləməsinə səbəb oldu

"Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan tarixi torpaqlarını itirdi"...

Siyasi nöqteyi-nəzərdən diqqət edilərsə, Zəngəzurun Ermənistana verilməsi türkdilli dövlətlər arasında bağların zəifləməsinə səbəb oldu.

Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan tarixi torpaqlarını itirdi:

"Bu, Azərbaycanın tarixi torpaqlarının itməsinə, Azərbaycanın Türkiyə və digər türkdilli ölkələrlə əlaqəsinin qırılmasına səbəb oldu. Bu hadisə həm də regionda böyük tarixi İpək Yolunun Qafqaz ərazisindəki əlverişli tranzit xətləri ilə bağlı da bir süstlük yaratdı. Bütün bu hadisələrin əsasında isə Azərbaycanın ərazi bütövlüyünün pozulması dayanırdı".

Alim əlavə edib ki, tarixi faktlar əsasında hələ 1919-cu ildə Zəngəzurla bağlı ermənilərin separatçı addımlar atdığını aydın şəkildə görmək mümkündür:

"Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünə nəzər salındıqda bu problemin mövcud olduğunu görə bilirik. Ermənistanın Azərbaycana qarşı mütəmadi ərazi iddialarına, soyqırım etməsinə Cümhuriyyət hökuməti də lazımi tədbirlərlə cavab verirdi. Bu tədbirlər 1919-cu ilin payızına təsadüf edib. Bununla bağlı Cümhuriyyət parlamentində də dəfələrlə müzakirələr aparılıb. Azərbaycanın İrəvan, Qarabağ bölgəsindən olan deputatları dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, ermənilər türk müsəlmanlarını kütləvi şəkildə soyqırıma uğradır, buna görə də bu məsələnin həlli üçün əməli hərəkətə keçilsin, məsələnin hərbi yollarla həllinə üstünlük verilsin. Bu tarixi faktlara nəzər saldıqda məlum olur ki, Azərbaycanda 1918-ci ilin noyabr ayında ingilis hərbi qüvvələri də var idi və onlar burada olduğu üçün həm Azərbaycan, həm də Ermənistan hökumətinə bu məsələnin beynəlxalq konfransda həlli tövsiyə edilmişdi. Ancaq Ermənistan hökuməti öz israrlı əməllərindən geri çəkilmədiyi üçün parlamentdə bu məsələ çox ciddi şəkildə müzakirə olunduqdan sonra Cümhuriyyət hökuməti 1919-cu ilin payızında Zəngəzurda və Qarabağ ərazisində ermənilərin bu seperatçı əməllərinə son qoymaq üçün bir əməliyyat keçirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə bu əməliyyatın keçirilməsi iki azərbaycanlı generala tövsiyə olunur. Bu əməliyyata 1919-cu ilin payızından başlanılsa da, hərbi əməliyyatlar baş tutmur və uğurla nəticələnmir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar