Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tarif Şurasının artımı vur-tut 50 manatdır…”

Deputat təəssüf edir

“Mən hökumətin hesabatında, sonralar da ayrı-ayrı kütləvi informasiya vasitələrinə vermiş olduğum açıqlamalarda və Milli Məclisdəki son çıxışımda da bütövlükdə limitin ləğv olunmasının tərəfdarı idim. Bu fikirdə yenə qalıram. Tarif Şurasının qənaəti, gəldiyi nəticə isə budur”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Deputatın fikrincə, təbii qaz və elektrik enerjisinə tətbiq olunan qiymət artımı, bundan doğan limiti tamamilə aradan qaldırmaq daha faydalı olardı. Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi.

“Eyni zamanda Azərbaycanda kənd təsərrüfatının sənaye üsulu ilə çalışan müəssisələrinin stimullaşmasına səbəb olardı. İstehsal olunan məhsulların həm daxili bazarda qiyməti əlçatan olardı, digər tərəfdən onun ixracında, həyata keçirilən əməliyyatlarda həmin məhsulların rəqabət qabiliyyəti də üstün olardı. Qənaətim budur.

Təbii ki, öz araşdırmalarım, həmçinin kifayət qədər müasir dövrün tələblərinə uyğun gələ biləcək düşüncələri özündə daşıyan iqtisadçılarla apardığım söhbətlər, keçirdiyimiz müzakirələrdən bu qəaətə gəlmişəm. Düşünürəm ki, təbii qazın və elektrik enerjisinin limitinin tamamilə ləğv olunması vətəndaşlarımızın maraqlarına uyğun olardı və ölkə prezidentinin islahatları ilə tamamilə üst-üstə düşərdi”.

F.Ağamalı qeyd edib ki, gələcəkdə təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğvi ilə bağlı məsələ aktuallığını saxlayacaq:

“Tarif Şurası vur-tut limitin sayını 500 kub qaldırdı, bu da 50 manatdır. Hesablama aparmışdıq ki, 1700 kub bir qayda olaraq maksimum bir ay yarım görür. 500 kub da hardasa yarım ay və ya ondan bir az çox davam edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qış 6 aydan çox davam edir. Bu baxımdan ya limit daha çox artırılmalı idi, ya da bir dəfəlik ləğv olunmalı idi.

Limiti qış aylarına tətbiq etmək olardı. Yaz aylarında da məsələn, köhnə qiymətlərlə ola bilərdi. Yəni 6 ayda vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, onu daha limitli tutmaq olardı. Qalan 6 ayda limitsiz olardı. Mənə elə gəlir ki, bu, daha kompromis, ədalətli yanaşmadır. Təəssüf ki, olmadı.

İstehsala isə başqa cür tətbiq etmək olar. Məsələn, dünyanın hər yerində var, fərqli qiymətlər ola bilərdi. Yəni gecə və gündüzün qiymət tarifləri müxtəlif ola bilər. Bu da olmadı. Biz dediklərimizi dedik, bundan sonra bir az mübahisə xarakteri daşıyan mövqedə dayanmaq doğru olmaz. Mən artıq jurnalistlərin vermiş olduğu suala izahatlarla kifayətlənməli olacam. Ancaq gələcəkdə düşünürəm ki, dediyimiz məsələlər aktuallığını saxlayacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb - Yenilənib

Ən çox oxunanalar