Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TAP rəsmisi: “Qaz bazarının iştirakçiları üzərinə uzunmüddətli öhdəliklər götürmək istəmir”

Azərbaycanda hasil edilən təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə əlavə qaz həcmlərinin 2019-cu ildə elan edilən hərraclar nəticəsiz yekunlaşıb.

Bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının üzvü Murad Heydərov bildirib.

Onun sözlərinə görə, bu hərraclar 2020-ci ildə yekunlaşmalı idi: “Ancaq koronavirus pandemiyası ilə əlaqədar olaraq elan edilmiş karantin səbəbindən bu hərracların yekun vaxtı təxirə salınıb. Heç bir şirkət boru kəmərinin genişləndirilməsi ilə bağlı həcmlər rezerv etməyib. Bu mərhələdə bazar mənfi reaksiya göstərib”.

M. Heydərovun 2019-cu ildə elan edilən market testlərdən gözləntiləri çox idi: “Ümid edirdim ki, bazar buna müsbət reaksiya verəcək. Ancaq bunun da müxtəlif səbəbləri oldu - karantin, iqtisadiyyatın aşağı templərlə bərpa edilməsi və potensial qaz satıcıları və alıcıları öz üzərinə uzunmüddətli öhdəliklərin götürmək istəməməsi”.

TAP rəsmisi bildirib ki, artıq TAP konsorsiumu kəmərin genişləndirilməsi ilə bağlı 2021-ci il üzrə bazar testinə başlayıb: “Bazar testi iki əsas mərhələdə aparılacaq. Bunun birinci mərhələsi iyulun 12-də başlayan məcburi olmayan mərhələ, digəri isə 2022-ci ilin yayından tez olmayaraq başlayacaq məcburi mərhələ olacaq. Hazırda məcburi olmayan mərhələ davam edir. Hələlik bazar iştirakçıları öz fikirlərini bildirir və onlar heç bir öhdəlik olmadan əlavə həcmlər rezerv edə bilər. Daha sonra isə məcburi olan mərhələ başlayacaq. Yəni, proses tam olaraq Avropa Komissiyasının qanunvericiliyinə uyğun tənzimlənir”.

Ancaq o qeyd edib ki, hazırda bazar TAP-ın qısamüddətli əsaslarla həcmlərindən istifadə edir: “Potensial alıcı və satıcıların boru kəmərinin həcmlərindən uzunmüddətli istifadə etməmələrinin digər səbəbindən biri də Avropa Komissiyasının “Enerji keçidi haqqında”, “Bərpa olunan mənbələr haqqında” və “Atmosferə karbohidrogen tullantılarının azaldılması ilə bağlı” yeni qanunvericilik aktlarının qəbul edilməsini nəzərdə tutmasıdır. Həmçinin, hələlik təbii qazın statusu məlum deyil və Avropada bununla bağlı müzakirələr aparılır. Bu gün qaz layihələrinin Avropa Komissiyası tərəfindən maliyyə dəstəyinin almamasının xeyli tərəfdarı mövcuddur. Digər düşərgə isə təbii qazın keçid dövründə lazım olacağının qeyd edir. Bütün bu məsələlər üzrə bazar iştirakçıları kompromis tapmağa çalışırlar. Bütün bunlar da alıcı və daşıyıcılar, ümumilikdə bazar üçün qeyri-əminlik yaradır”.

Ancaq TAP rəsmisi əmindir ki, hələlik dünyanın sonu deyil: “Hər iki ildən bir belə hərraclar keçiriləcək. Artıq 2021-ci il üçün hərraclar başlayıb. 2023-cü ildə də baş tutacaq”.

Qeyd edək ki, hazırda ilkin olaraq TAP kəməri vasitəsilə İtaliyaya ilk mərhələdə 8 milyard kubmetr, Yunanıstana 1 milyard kubmetr, Albaniyaya isə 1 milyard kubmetr Azərbaycan təbii qazının nəql edilməsi planlaşdırılır. Sonrakı mərhələlərdə boru kəmərinin ötürücülük gücü 20 milyard kubmetrə qədər artırılacaq.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar