Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tanınmış professor çipləşmədən danışdı

Hazırda davam edən və aylardır bitmək bilməyən koronavirus pandemiyası fonunda müxtəlif fikirlər səslənir...

Bunlardan ən başlıcası isə insanların çipləşdirilərək idarə olunan hala gətirilməsi və ölkələrdə 5G texnologiyasının quraşdırılmasıdır. İddialara görə, insanlara koronavirus əleyhinə vurulacaq peyvəndlə bəşəriyyət tarixində yeni bir mərhələ başlayacaq...

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bununla bağlı “Sherg.az”a danışıb. O bildirib ki, koronavirus pandemiyası ilə səslənən fikirlərin heç bir əlaqəsi yoxdur: “Koronavirus xəstəliyinin əvvəllər də Sars, Mers kimi müxtəlif növləri olub. Bu da onlardan biridir. Sadəcə, COVİD-19 daha aqressivdir və daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Amma koronavirusun da bir vaxtı var. Pandemiya çox uzun çəkə bilməz. Nə çipləşmənin, nə də 5G-nin koronavirusla əlaqəsi var”.

A.Qeybulla, insanları bu cür qeyri-dəqiq informasiyalarda uzaq qalmağa çağırdı: “Niyə insanlar fakta, gözləri qarşısında olanlara yox, kimlərinsə yaydığı məlumatlara inanırlar?! ÜST-nin bülletenlərini oxumaq, maariflənmək lazımdır. Yüzlərlə insan gözümüzün önündə bu xəstəlikdən dünyasını dəyişir, həkim yoldaşlarımız ölürlər. Bunlardan dərs çıxarıb, məsuliyyətli, diqqətli olmaq lazımdır. Rusiyanın və bəzi radikal qüvvələrin müxtəlif məqsədlər üçün yaydıqları məlumatlara inanmaq düzgün deyil. Bunlar mifdir”.

pia.az


Etiket: çipləşmə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı 

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 

Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə

loading...

Ən çox oxunanalar