Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti faciə

Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib

Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.

PİA.AZ bakupost.az-a istinadən xəbər verir ki, "Baku Medical Plaza"da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı "Baku Medical Plaza"nın mətbuat xidmətindən xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik". Daha sonra zənglərə cavab verilməyib.

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital"da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar