Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tanınmış aparıcı “Lider”dən getdi: “Kanalda iş getmir” - Foto

Aparıcı Könül Muxtarova "Lider" telekanalı ilə yollarını ayırıb.

PİA.az xəbər verir ki, o, ötən gün ərizəsini yazaraq işdən gedib. Buna səbəb isə telekanalın yeni mövsümdə heç bir layihəsinin olmamasıdır. Belə ki, "Lider TV" yalnız prodakşın verilişləri yayımlamağa başlayıb.

Xəbəri təsdiqləyən Könül bildirib ki, kanalda heç bir veriliş yoxdur:

"Oranın rəsmi işçisiyəm, prodakşınla çalışmağı düşünmürdüm. Kanalda iş getmir. Oranın ştatda olan işçilərinə heç bir layihə verilmir. Verilişin olmayacağını işçiyə ən gec iyun-iyulda demək lazım idi. Sentyabrda işçiyə deyirlər ki, kanalda layihə yoxdur".

Bir neçə gün əvvəl sosial şəbəkə yazdığı "Günlərdir yazmaq və demək istədiklərim boğazımda düyünlənib. Həyata davam etsəm də, əslində böyük boşluğun içindəyəm. İlk dəfədir möcüzə üçün bu qədər dua edirəm. Bilirəm yaşadığım heç nə boşuna deyildi və üzüm yenidən güləcək" sözləri ilə gündəmə gələn aparıcı ona da aydınlıq gətirib:

"Elə zəmanəyə gəlmişik ki, gündəlik əhvalımızı istər-istəməz sosial şəbəkədə hiss etdiririk.Bir neçə gün əvvəl gərgin və qorxulu günlər keçirdim, həmin sözləri də ona görə yazmışdım. indi hər şey geridə qaldı. Verdiyim qərarlar özümlə bağlıdır. Əminəm ki, bu qərarım digər mövsümlərdəkindən fərqlənəcək. Çünki burada söhbət tək telekanaldakı fəaliyyətimdən yox, özümdən də gedir". (axsam.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - Müsahibə

loading...

Ən çox oxunanalar