Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Talışxanov video yaydı və Əli İnsanovun partiyasından bir daha imtina etdi - Video

Keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etmək istədiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov videomüraciət yayıb. PİA.az-a daxil olan videomüraciətdə Mirədalət Talışxanov dünən yaydığı bəyanatı bir daha təsdiqləyib.

Xatırladaq ki, dünən yayılan bəyanatında Mirədalət Talışxanov Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət edildiyini və Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsində təmsil olunmadığını qeyd bildirmişdi.

Qeyd edək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay