Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir...

Azərbaycanın “cənub incisi” sayılan Lənkəranda məmur özbaşnalıqları ucbatından acınacaqlı durum yaranıb...

Rayon bir qrupun əlində girova çevrilib. İcra başçısı Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir-satır, uçurdur, tikir...

Bu gün Lənkəran nəhəng torpaq satış mərkəzinə çevrilib. Rayonda satılması mümkün olan, hətta mümkün olmayan bütün ərazilər qarış-qarış satılıb. Bildirilir ki, Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb. Ötən illər ərzində Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.

Xatırladaq ki, Prezident İlham Əliyev elə son çıxışında da quruculuq-abadlıq işlərinin həyata keçirilməsində yerli icra strukturlarının fəaliyyətini sərt formada tənqid etdi. Təbii ki, bu tənqidin hədəflərindən bir elə Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. Çünki səthi bir araşdırma belə Lənkərana sözügedən təyinat üzrə ayrılan büdcə vəsaitlərinin hansı formada xərcləndiyini tam olaraq ortaya çıxarar. Təbii ki, araşdırılarsa...

Dia.az-a daxil olan məlumatlarda qeyd olunur ki, T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Lənkəranda bütün gəlirli sahələr icra başçısının, övladlarının və yaxınlarının nəzarətindədir. Bütün rayonun iqtisadiyyatı T. Qaraşovun maraqlarına tabe edilib.

Məlumata görə Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restoranıdır. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir.

Göründüyü kimi Lənkəran sosial-iqtisadi problemlər girdabında boğulsa da icra başçısının biznes imperiyası hər gün daha da çiçəklənir. Ancaq rayonda artan narazılıqlar, çoxalan şikayətlər tezliklə qəti tədbirlər görülməsini zəruri edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar