Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Məmmədov və komandasının korrupsiyası - Faktlar... Video

Şamaxı icra hakimiyyətində zəlzələdən zərərçəkən vətəndaşa ev aldığı üçün prezidentə təşəkkür teleqram vurdurublar, sonra isə evi verməyiblər...

Şamaxı rayonu kadr islahatlarının ilk mərhələsində sevinənlərdən olmuşdu. İctimai Televiziyada vəzifə tutmuş Tahir Məmmədovun icra başçısı təyin olunması rayona işləməyə həvəsli bir gəncin rəhbər gətirilməsi kimi xarakterizə olunurdu.

Tahir Məmmədova yüksək etimad göstərilməsi, Şamaxı kimi qədim, strateji və hakimiyyət daxilində siyasi baxımdan simvolik məna daşıyan bir bölgəyə başçı təyin olunması ciddi hadisəydi. Onun üzərinə olduqca böyük məsuliyyət qoyulmuşdu.

Bu, həmin dövrə təsadüf edirdi ki, gənclərə yüksək vəzifələr verilməsi yeni başlanırdı. İctimaiyyət prezidentin qərarlarını təəccüblə qarşılayırdı. Cəmiyyət odioz, yekəqarın, rüşvətxor, sahibkarlardan pul yığmaqdan başqa işi olmayan icra başçılarının rotasiya qaydası ilə təyin edilmələrinə vərdiş etmişdi.

Amma təməli Tahir Məmmədovla qoyulan proses Mirhəsən Seyidov, Seymur Orucov, Nahid Bağırov kimi daha da azyaşlı gənclərə icra başçısı postu həvalə olunması ilə dərinləşdi. Anaxeber.info-nun analitik şöbəsinin qənaətinə görə, T.Məmmədov Şamaxı rayonunda ilk vaxtlarda sakit işləməyə üstünlük verirdi.
Amma bir qədər sonra sükut pozuldu, narazılıqlar, şikayətlər baş qaldırmağa başladı. Məlum oldu ki, icra başçısının ağına, qarasına, yəni yaşına baxmaq lazım deyil, əgər işini kristal şəkildə quracaqsa, hətta 75 yaşı da ola bilər.

Misal üçün Şamaxıda Əlipaşayevlər ailəsinin yaşadığı və sürüşmə zonasına yerləşən ev dağılıb. Ailə bir müddət qohumların evində yaşayıb. Elnur Əlipaşayev fövqəladə hallar naziri ilə görüşəndən sonra ailəyə çadır verilib. Üç azyaşlı və xəstə uşaq 2 ildir ki, çadırda yaşayır.

Onun sözlərinə görə, Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyi onu iki dəfə aldadıb: “Zəlzələdən sonra çoxmənzilli binalar tikilməyə başlandı. Biz icra hakimiyyətinə müraciət etdik, dedilər, nəzərimizdəsiz, səbrli olun, 44 mənzilli bina tikilir, o binadan sizə 3 otaqlı mənzil veriləcək”.

Bina hazır olandan sonra icra hakimiyyətinə dəvət olunub, tikilən binadan mənzillə təmin olunması münasibətilə onu təbrik edərək prezidentə təşəkkür məktubu göndərməsini istəyiblər.

İşə baxın, Tahir Məmmədov kimi gənc icra başçısı da köhnə, şablon üslubdan istifadə edir. Kəsəsi, vətəndaş məktub göndərir, ötən ilin dekabrında zəng vurub icra hakimiyyətinə dəvət edilib.

“Mənzillərin açarları paylanırdı, yuxarı mərtəbədən bir əməkdaş düşdü, soruşdu ki, pulla gəlmisən? Dedim, nə pul? Dedi, bilmirsən ki, mənzilin açarına görə şirinlik verməlisən? Pul gətirməmisənsə, vaxtımızı alma. Anladım ki, mənzillər pul verənlərə paylanır”.

Əlipaşayev bu dəfə prezidentə teleqram vuraraq təşəkkür məktubunun ona icra hakimiyyətində yazdırıldığını və aldadıldığını bildirib.

Bu dəfə icra hakimiyyəti onu dəvət edərək söz verib ki, növbəti binadan ailə mütləq ikiotaqlı mənzillə təmin olunacaq.

Heydər Əliyevin doğum günündə - mayın 10-da növbəti binanın mənzillərinin açarları da paylandı, yenə bizə mənzil verilmədi. İkinci dəfə aldadıldıq”, - sitatın sonu...

Belə çıxır ki, T.Məmmədov Şamaxıda ev satışı ilə məşğul olur. Görəsən, ölkə başçısı İlham Əliyev onu rayona hansı missiya ilə göndərib?

Anaxeber.info yada salır ki, T.Məmmədov vəzifəyə gələndə kadr seçimində də şamaxılıları məyus edib. O, sürücü, maliyyəçi, köməkçi, tikintiləri layihələndirən köməkçi, təhsil şöbəsi müdiri, aqrae sektor üzrə şöbə müdirini özü ilə gətirib. Məgər Şamaxıda mütəxəssislər yoxdur?

Mediada gedən yazılarda iddianlar səslənir ki, indi köməkçisi Yaqub Yaqubov Şamaxının həm icra başçısı, həm prokuroru, həm polis rəisidir. Yaqubovsuz heç kim ev tikə, hər hansı bir işə qəbul oluna bilməz.
Hətta uşaq bağçasında tərbiyəçi də Yaqubovun “bığının altından” keçməlidir. Şamaxıda heç bir idarə, məktəb, xəstəxana rəhbərliyi başçı köməkçisinin razılığı olmadan addım atmır.

Rayonun Şəhriyar qəsəbə sakini Bayramov Babayar Allahyar oğlunun mətbuatda dərc edilən məktubunda da sensasion məqamlar var idi.

Sitat: “Yaqub Yaqubov nəinki bələdiyyə sədrlərini və onların müavinlərini, hətta bələdiyyə üzvlərini də özü təyin edir. Tikinti sektoruna Tahir Məmmədovun xalası oğlu Araz rəhbərlik edir. Onun razılığı olmadan heç kim daşı daş üstünə qoya bilməz. Bütün layihələri o tərtib etməlidir, başqa heç kim.

Tahir Məmmədov Şamaxını sanki icarəyə götürüb. Kadr məsələlərini də Yaqub Yaqubov həll edir. Beş vəzifəyə dalbadal rayonun Göylər kəndindən olan kadrlar yerləşdirilib.

Təhsil şöbəsinin müdiri - Göylər.
Səhiyyə şöbəsinin müdiri - Göylər.
Çaylı kəndi üzrə nümayəndə - Göylər.
Şəhriyar qəsəbəsi üzrə nümayəndə - Göylər.
Aqrar inkişaf mərkəzinin müdiri - Göylər.

Bu kadrların 5-də dostbazlıq prinsipi üzrə Yaqub Yaqubovun tələbə yoldaşı vasitəsilə təyin edilib”.

Məktubda deyilir ki, Azərbaycan Müəllimlər institutunun müəllimi Mayıl Alcanov vasitəsi ilə Yaqubova 25.000 manat çatdırıldıqdan sonra bu sövdələşmə baş tutub:

“Əslən rayonun Göylər kəndindən olan 2015-ci ildə keçmiş başçı Asıf Ağayev tərəfindən işdən qovulan, 4 il küçələrdə avaralanan İxtiyar Xəlilovu da Şəhriyar qəsəbə icra nümayəndəsi təyin edirlər, İxtiyar Xəlilovu əvvəlcə “ Təmiz Şəhər” MMC- yə, iki aydan sonra Şəhriyar qəsəbəsinə nümayəndə təyin edirlər.
Şəhriyar qəsəbə nümayəndəsinin müavini Elsevər Qəhrəmanov Yaqubovla məsləhətləşərək sosial yardım almaq istəyən qəsəbə sakinlərinin hər birinə 1000 manat müqabilində saxta arayışlar təqdim edərək küllü miqdarda dövlət vəsaitini mənimsəmişlər. Məsələnin üstü açıldıqda yardımların verilməsi dayandırılıb”.

Göründüyü kimi, biz heç nə iddia etmirik, evi dağılan sakin iki dəfə aldadılıb və İH ona ev verməyib, digəri isə yerli sakindir və baş verənləri, icra başçısının komandasının əməllərini yazır. (Anaxeber.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar