Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tağı Əhmədovun oğlu kağız və plastik qab istehsalı ilə məşğul olurmuş – Foto

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun da digər məmurlar kimi, geniş maliyyə imkanlarının olması sirr deyil...

Onun adı “MTN işi”ndə hallanmışdı və məlum olmuşdu ki, sabiq nazir Eldar Mahmudov Əhmədovda da 3 milyon dollar pul alıb. Sonradan Tağı Əhmədov özü də bu məlumatı etiraf etmişdi.

AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Tağı Əhmədovla bağlı maraqlı məlumat yayıb. O bildirir ki, metropolitenin sabiq rəisi də biznesmenmiş. “Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov çoxbilmiş adamdır, işini açıqda qoymağı sevmir. Zarafat gəlməsin, 16 il yerin altında işləyib”.

Həsənli qeyd edir ki, onun hələlik yalnız bir şirkəti ilə bağlı məlumat əldə etmək mümkün olub. “Söhbət Tağı Əhmədovun Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədovun adına 2010-cu ilin dekabrın 1-də rəsmiləşdirilmiş “AS STRETCH” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİndən gedir. Şirkətin hüquqi ünvanı Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov 10-da yerləşir, nizamnamə kapitalı 100123.27 ABŞ dollarıdır. 2020-ci il yanvarın 16-da şirkətlə bağlı reyestr məlumatlarında edilən dəyişikliyə görə, onu bu tarixdən ƏRTOĞRUL HƏSƏNOV YUSİF OĞLU təmsil edir”.

Jurnalist yazır ki, “AS STRETCH” MMC-nin fəaliyyəti istehsal yönümlüdür. “Şirkətə məxsus zavodda kağız və polipropilen əsaslı plastik, stəkanlar, qablar istehsalı olunur”.

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar