Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacir Fədayəylə barışdı: “Mənfur insanların söylədiyi fikirlərə görə belə olmuşdu...”

“Ümumiyyətlə, haqqımızda yazılanlar bizə paxıllıq edən insanların düşüncələridir. Yazıblar ki, Fədayə xanımla bizim aramızda eşq yaşanıb. Amma onu demək istəyirəm ki, Fədayə xanımla uzun illər duet ortağı olmuşuq. Fədayə xanım həm yaxşı insandır, ifaçıdır, həm də yaxşı yol yoldaşlığı var. Mən onun ustadı olmuşam, bir yerdə fəaliyyətimiz davam edib, gözəl mahnılarımız bu gün də dillər əzbəridir”.

Bunu Moderator.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. O, uzun illər duet ortağı olan Fədayə xanımla barışdıqlarını və yeni duetlər üzərində işlədiklərini bildirib:

“İstəmirəm ki, xalqımız haqqımızda həqiqətə uyğun olmayan şeylər barəsində düşünsün. Biz yenə də Moskvada Fədayə xanımla bir yerdəyik. İndən belə gözəl duetlərimiz olacaq, onun sənəti əvəzolunmaz bir sənətdir. İstəyirəm xalqımız bilsin ki, biz Fədayə xanımla yenə də bir yerdəyik, yazıb yaradacağıq. Fədayə xanıma çox böyük hörmətim var, çox gözəl insandır, anadır. Oğluyla birlikdə həm sənətini davam etdirir, həm də işləyir. Mən arzulayıram ki, gün o gün olsun ki, oğlunun toyuna gələk. Fədayəylə bizim duet ortaqlığımız yenidən başlayır. Uzun illər idi ki, duet ortaqlığımız əzab-əziyyət çəkirdi, biz birləşə bilmirdik, bəzi mənfur insanların söylədiyi fikirlərə görə belə olmuşdu. Fədayə mənim dostumdur, duet ortağımdır. Allahın köməkliyi ilə çox möhtəşəm duetlərimiz olacaq”.

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğluyla Fədayə Laçının Moskvada toyda birlikdə mahnı ifa etməsi müzakirələrə səbəb olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar