Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suverenliyimizi BMT-yə verməyə hazırıqmı?” – Tofiq Zülfüqarov

Sabiq nazir: “BMT-nin effektiv bir təşkilata çevrilməsi üçün ölkələr suverenliyinin bir hissəsini BMT-nin idarəetmə orqanlarına verməlidir”...

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında, Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazisini işğal edən təcavüzkar kimi beynəlxalq hüquqi öhdəlikləri haqqında geniş hesabat dərc edilib. Əsas müəllifi professor və kral hüquqşünası Malcolm Şou (Böyük Britaniya) olan məruzədə, Azərbaycan ərazilərinin işğalı, bu ərazilərdə etnik təmizlənmə və Ermənistanın bu ərazidə bir marionet rejim yaratması barədə danışılır.

Hesabatda həmçinin bildirilir: “Beynəlxalq hüquq ərazilərin zorla alınmasını qadağan edir və buna görə Ermənistanın və ya onun marionet rejiminin Azərbaycanın işğal olunmuş ərazilərində atdığı heç bir addım bu ərazilərin əvvəlki hüquqi vəziyyətini dəyişdirə bilməz. Və beynəlxalq hüquq çərçivəsində işğal edilmiş torpaqlar Azərbaycanın olaraq qalır”.

Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının işğalı zamanı BMT işğal faktını tanıyan, lakin hələ də kağız üzərində qalan 4 qətnamə qəbul etmişdi. Nəzərə alsaq ki, BMT Ermənistana qarşı heç bir sanksiya qəbul etmir, belə bir sual yaranır: BMT-nin bütün bu tipli hesabatlarının Azərbaycana bir faydası varmı?

Məsələni AYNA-ya şərh edən Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, ermənilər Qarabağ münaqişəsinə fərqli diaspor təşkilatlarını cəlb ediblər ki, sonuncular da öz növbələrində müxtəlif dövlətlərdəki kanallarını işə salıblar: “Bundan əlavə, münaqişə müxtəlif ideoloji sahələri, iqtisadiyyatı və hətta kulinariya sahəsini də əhatə edir. Ümumiyyətlə, bu münaqişə həyatımızın hər bir sahəsini əhatə edir. Bu yönümdə, nə qədər ki, aktiv hərbi əməliyyatlar aparılmır, həm biz, həm də rəqiblərimiz öz maraqlarının təmini üçün informasiya meydanını tutmağa çalışır”.

Keçmiş nazir deyib ki, əgər əvvəllər bu və ya digər müharibələrdə təbliğat və məlumat müəyyən rol oynayırdısa, indi informasiya əsri olduğu üçün qaydalar nisbətən dəyişib: “Bu sahəyə nəzarət etmək və mövqeyimizi bütün dünyaya çatdırmaq çox vacib bir məsələdir. Bu, həm cəmiyyətin bütün təbəqələrini motivə etmək, həm də dünya birliyinə həqiqəti çatdırmaq baxımından vacibdir. Bizm informasiya arenasında məğlub olmağa ixtiyarımız yoxdur. Biz bu sahədə də düşmənlə döyüşməliyik”.

“Ermənilər informasiya müharibəsinə bizdən əvvəl başlayıblar. Azərbaycanın işğalının davam etdiyi bir vaxtda ABŞ Konqresi Azərbaycana yardımı məhdudlaşdıran 907-ci düzəlişi qəbul etdi. Torpaqlarımız işğal edilən zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri humanitar fəlakətdən bəhs edirdi və heç bir işğal termini işlədilmirdi. ABŞ Konqresinin müharibə gedən zaman bizə qarşı sanksiya nəzərdə tutan qərar qəbul etməsi, bizim o dövrdə informasiya müharibəsini uduzmağımızın sübutu idi”, - Zülfüqarov bildirib.

BMT qətnamələrinin niyə icra edilmədiyindən danışan diplomat qeyd edib ki, BMT-də bir böhran yaşanır: “Bu böhrandan uzun-uzadı danışmaq olar və yeni deyil, daim diplomatlar tərəfindən qaldırılır. Hələ 2000-ci illərin əvvəllərində BMT-də islahatlar etmək cəhdləri təklif kimi səsləndirilirdi. Amma burada əsas bir ziddiyyət var: BMT-nin effektiv bir təşkilata çevrilməsi üçün ölkələr suverenliyinin bir hissəsini BMT-nin idarəetmə orqanlarına verməlidir. Bu məsələ ortaya çıxanda, hamı üzünü başqa tərəfə tutur. Təsəvvür edin ki, Qarabağ münaqişəsini həll etməyimiz üçün qərar vermək haqqımızı BMT-yə verməliyik. Onlar bizə sərf edən qərar qəbul etsələr, yaxşdır, bəs birdən verilən qərar bizim əleyhimizə oldu? Onda nə edəcəyik? Biz özümüz bir növ suverenliyimizi beynəlxalq təşkilata verməyə hazırıqmı?”.

“Düşünmürəm ki, hansısa dövlət öz xoşuna buna gedə. Ona görə də BMT haqqında danışarkən bu qurumun qarşılaşdığı əsas problemi başa düşməliyik. Nə biz, nə də başqaları bir ölkə olaraq suveren hüquqlarımızın bir hissəsini bəzi təşkilatlara verməyə hazırıq. Buna görə də BMT münaqişənin həlli üçün ancaq tövsiyyə xarakterli, effektiv olmayan qətnamələr çıxarmaqla kifayətlənir. Axı suverenliyimizin bir hissəsini onlara verdiymiz halda belə, heç kim zəmanət vermir ki, münaqişə ilə bağlı çıxarılan qərar bizi qane edəcək”, - T.Zülfüqarov vurğulayıb.

pia,az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar