Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şüvəlanda meydan sulayan bələdiyyə sədri... - Zamanında atası, indi də özü...

Əslində, keçən günlərdə Lerikdə "Relax" İstirahət Mərkəzində baş verənlər və bu olaylara dövlətin müvafiq qurumlarnın verdiyi reaksiya bir daha harınlamış məmur və deputat övladlarnın məsələsini gündəmə gətirmiş oldu

Təbii ki, biz nə Stalinizm dövründə yaşayırıq, nə də hansısa totalitar rejimdə ki, atalar övladlarına görə məsuliyyət daşısınlar və yaxud da ittiham hədəfinə şevrilsinlər. Amma fakt odur ki, bu gün Azərbaycanda həmin övladlar məhz atalarının sayəsində harınlıq həddinə gəlirlər və özlərini "Bağdadın kor xəlifəsi" hesab edərək istənilən özbaşınalıqda sərbəst olduqlarını zənn edirlər.

Belə bir komfortu hiss edənlərdən birinin də hazrda Xəzər rayonu Şüvəlan bələdiyyəsinə rəhbərlik edən İlham İslamovun olduğu deyilir. Belə aydın olur ki, İlham İslamovun hüdudsuz davranışları əslində köhnə dönəmə söykənir. Zamanında atası Gülağa İslamov Xəzər rayonunun icra başçısı postunu tutub və İlhm İslamov da hansısa əlahiddə keyfiyyətlərinə görə yox, məhz ATASININ OĞLU olduğu üçün Şüvəlan bələdiyyəsi kimi "yağlı tikə"yə sahiblənib.

Xatırladaq ki, hələ ötən günlərdə Gülağa İslamovun öz oğlu ilə bağlı planlarının olması haqda məlumatları yerli KİV-ə istinadən diqqətinizə təqdim etmişdik. Aydın olurdu ki, keçmiş icra başçısı günü bu gün də oğlunun arxasında dayanaraq onu nəinki himayə edir, köhnə güvəndiyi dairələrin hesabına oğlunu Xəzər RİH rəhbəri postuna daşımağı belə məqsəd edib. Hər halda general olmaq istəməyən əsgər yaxşı əsgər ola bilməz - təbirinə söykənərək öz övladı barədə yüksək planlar quran Gülağa İslamovun atalıq duyğularını anlamaq, normal qəbul etmək olar. Amma faktlar isə tamam əks qənaəti ortaya çıxarır. Yəni İlham İslamov nəinki atasının arzularına cavab vermir, əksinə günlərin birində atasının Xəzər rayonunda etdiklərini hüquqi təftişə daşıqayacaq qədər özbaşınalıqlara imza atmaqdadır.

Bu barədə Dia.az-a danışan mənbə bildirir ki, İlham İslamov 22 yaşından bələdiyyəsinə rəhbərlik etdiyi Şüvəlanı başdan-başa, tikə-tikə elə satıb ki, burada barmaq qoymağa belə yer tampaq mümkün deyil.

Mənbənin söylədikləri: "Bu gün onun satdığı Xəzər sahillərində qanunsuz fəaliyyət göstərən obyektlər də o qədər harınlayb ki, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə həmin obyetkrlərin əlində aciz qalıb. Davamlı cərimələr belə həm Xəzərin sahillərini, həm də dənizin özünün çirklənməsinin qarşısını almaqda acizdir. Bütün bunların arxasında isə birbaşa olaraq İlham İslamovun dayandığı şübhəsizdir".

Onu da bildirək ki, redaksiyamıza Şüvəlan bələdiyyəsi tərəfindən əslində dövlətin ayrı-ayrı qurumlarına aid torpaq sahələrinin necə xırıd edildiyi haqda faktlar da təqdim edilib. Bu barədə yaxın günlərdə materialı diqqətinizə təqdim edəcəyik.

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar