Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşanın sabiq rəhbərinin oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - Video

Məişət zorakılığı Azərbaycanda günü-gündən geniş miqyas almağa başlayıb və artıq çoxdandır ki, cəmiyyət üçün təhlükəyə çevrilib...

Mütəxəssislər məişət zorakılığını gizli cinayət adlandırırlar, çünki təkcə qadınlar deyil, kişilər də ailədə zorakılıq faktlarını gizlətməyə çalışırlar.

Məişət zorakılığının ancaq əyyaşların və sabiq məhkumların yaşadığı yoxsul ailələrin taleyi olduğu barədə fikir də yanlışdır. Maddi baxımdan zəngin olan ailələrdə də, hansı ki, üzvləri ali təhsillidir və yüksək sosial statusa malikdirlər, belə hadisələr yaşanır.

Ötən gün Bakının Yasamal rayonunda bu iddianı təsdiqləyən cinayət törədilib. Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu keçmiş həyat yoldaşını öldürməyə cəhd edib. Cinayətin qurbanı 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənova olub.

1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov fevralın 1-də günorta Hüseyn Cavid parkının yaxınlığında 15 yaşlı qızı ilə gəzən D.Bəhmənovaya bıçaqla hücum edib. Onun bədəninə, üzünə və boğazına ümumilikdə 16 bıçaq zərbəsi vurub.

O, cinayət yerindən gizlənməyə çalışsa da, ərazini mühafizə edən polis həmin şəxsi saxlayıb. Qadın xəstəxanaya aparılıb.

Yeri gəlmişkən Oxu.Az-ın müxbiri zərərçəkənin Amerikada yaşayan bacısı Zumrud Forbus ilə əlaqə saxlayıb. Qadın bu ailənin həyatından bəzi təfərrüatları açıqlayıb.

Məlum olub ki, bu, C.Bəhmənovun Dilarəyə ikinci hücumudur. 1998-ci ildə hələ nişanlı olan vaxt Ceyhun ona 11 bıçaq zərbəsi vurub, lakin cinayət faktı Bəhmənovun atasının geniş əlaqələri sayəsində gizlədilib.

Buna baxmayaraq, 1999-cu ildə Dilarə Ceyhunla evlənib.

Bacısının sözlərinə görə, D.Bəhmənova sözün həqiqi mənasında ev dustaqlığında olub, əri onu heç yerə buraxmayıb, mütəmadi döyüb və namaz qılmağa məcbur edib.

Bu evlilikdə onların üç övladı olub. Böyük oğlunun 19, qızının 15, üçüncü oğlunun isə 7 yaşı var. 20 illik evlilikdən sonra cütlük boşansa da, kişi bununla barışa bilməyib.

Son cinayət isə 15 yaşlı qızının gözü qarşısında törədilib. Bu əməldən sonra kişi qızına tərəf çevrilərək “Mənimlə gəl, anan artıq öldü”, - deyib.

Saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 maddələri ilə (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) cinayət işi açılıb.

Z.Forbusun sözlərinə görə, hazırda D.Bəhmənovanın vəziyyəti kritikdir.

Qeyd edək ki, saxlanılan şəxsin atası Nizami Bəhmənov 2008-ci ildə vəfat edib.

pia.az


Etiket: bıçaqlanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar