Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşanın rəhbərləri

Aydın Kərimov Azərbaycan prezidentinin Şuşada xüsusi nümayəndəsi postuna təyinat alıb. Dövlət başçısının rayonda daha bir rəsmi təmsilçisi icra başçısı Bayram Səfərovdur.

Müstəqillik illərində Şuşanın daha üç rəhbəri olub.

Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilib. Həmin il oktyabrın 18-də prezident Ayaz Mütəllibovun fərmanı ilə rayonlarda, şəhərlərdə, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi yaradılıb.

1991-ci il noyabrın 7-də Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dekabrın 11-də Mikayıl Gözəlov öldürülüb.

Dekabrın 19-da Mənsur Məmmədov Şuşanın icra başçısı postuna gətirilib.

1992-ci il fevralın 11-də erməni silahlı birləşmələri Şuşanın Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular kəndlərini işğal edib. Həmin vaxta qədər Şuşanın ermənilər yaşayan Daşaltı kəndi Azərbaycanın nəzarətində deyildi.

Mənsur Məmmədov icra başçısı vəzifəsində 1992-ci il aprelin 8-dək çalışıb. Həmin gün prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun qərarı ilə Nizami Bəhmənov icra başçısı postuna təyinat alıb (Mənsur Məmmədov 2008-ci il martın 8-i Bakıda vəfat edib).

1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni hərbi birləşmələri mayın 9-da şəhəri ələ keçirib, sonrakı günlərdə bütün rayonu nəzarətə götürüb. O vaxtdan Şuşa Rayon İcra Hakimiyyəti Bakıda qərar tutub.

Nizami Bəhmənov 2008-ci il sentyabrın 13-si Bakıda vəfat edib.

2009-cu il fevralın 27-də prezident İlham Əliyevin sərəncamı ilə Bayram Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirilib.

2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan qurtulub.

2021-ci il yanvarın 19-da dövlət başçısı İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəliklərini yaratmağa fərman verib. Fərmana görə, xüsusi nümayəndəliklərə rəhbərliyi prezidentin vəzifəyə təyin etdiyi və birbaşa ona tabe olan xüsusi nümayəndələr həyata keçirir. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun təmsilçisi, dövlət başçısının verdiyi səlahiyyətlərin icraçısıdır.

İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edib.

Şuşa rayonu Şuşa şəhəri ilə yanaşı 1 qəsəbə və 37 kənddən ibarətdir.

Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir.

Şuşa şəhəri 1750-ci ildə Qarabağ xanlığının paytaxtı kimi salınıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Şuşa ilə yanaşı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.(novator.az)

pia.az 


Etiket: Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar