Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şuşanın azad edilməsi barədə Ali Baş komandana məruzə edən xüsusi təyinatlı

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali Baş komandan məruzə edən xüsusi təyinatlı, mayor Zaur Şirinbəy oğlu Rəhimovdur.

Zaur müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının kəndləri, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən Rəhimov əməliyyat olunub, qəlpəsi çıxarılıb. Lakin yarası sağalmadan təkidlə yenidən cəbhəyə qayıdıb, döyüşü davam etdirib.

“Zauru xəstəxanada saxlamaq mümkün olmurdu. Şuşa uğrunda döyüşlərə qatılmaq istəyirdi, Şuşanın azad edilməsini görmək arzusundaydı, bu arzusuna çatdı. Yaralarının sağalmasını gözləmədən hospitaldan çıxıb yenidən döyüşə getdi”,-yaxınları sosial şəbəkələrdə onun haqqında yazıblar.

Zaur ikinci dəfə Şuşa uğrunda döyüşlərdə yaralanıb. Şuşanın alınmasını Prezdentə məruzə edib və yenidən xəstəxanaya qayıdıb. Hazırda müalicəsini davam etdirir.

Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.


Lerik rayonu, Veri-Əliabad kəndindən olan Rəhimovları hamı tanıyır. Ailənin 10 övladı-7 oğlu, 3 qızı var. Qardaşlardan üçü birinci Qarabağ savaşında iştirak edib və yaralanıblar. Zaurun əmisinin oğlu, Valeh Rəhimov isə şəhid olub. Zaurun bacısının iki oğlu da Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, onlardan biri şəhid olub.

Zaur Rəhimov ailəlidir, övladları var.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Türkiyəli müğənni son görünüşü ilə sevənlərini şoka saldı - Foto

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Ən çox oxunanalar