Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada məşhur ev və Mehmandarovlar nəslinin tarixi ilə bağlı yanlışlar

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsindən sonra cəmiyyətdə Qarabağa, əsasən də Azərbaycanın mədəni paytaxtı sayılan Şuşa şəhərinin tarixinə olan maraq daha da artıb. Müharibə bitən kimi Azərbaycan əsgərləri işğaldan azad edilən Şuşa şəhərində Əbdülkərim bəy Mehmandarovun evi qarşısında kollektiv şəkil çəkib paylaşmışdı. Bu fotoşəkilin rəmzi mənası məhz həmin binada “Difai” partiyasının ermənilərin Azərbaycana qarşı ərazi iddialarına qarşı çıxmış və “Hidayət” müsəlman cəmiyyəti əsasında yaradılmış Qarabağ bölməsinin ilk qurultayının keçirilməsi idi.

Lakin son zamanlar mətbuatın yanlış məlumat yayması üzündən cəmiyyətdə Şuşadakı həmin evin Azərbaycanın ilk hərbi naziri , general Səməd bəy Mehmandarova aid olması barədə yanlış fikirlər yayılıb. 

Redaksiyamıza Mehmandarovlar nəslinin nümayəndəsi - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu Mustafa Mehmandarov müraciət edib və bu məsələyə aydınlıq gətirib. O bildirib ki, tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub. Bu nəslin nümayəndələrindən biri - Sadıq bəy Mehmandarov vaxtilə  doğma Şuşa şəhərini tərk edib və Lənkərana köçüb.

Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov da elə Lənkəranda dünyaya göz açıb. Səməd bəy Lənkəranda boya-başa çatıb, lakin həyatının çox hissəsini Rusiyada yaşayır. Televiziya süjetlərində tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı, İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan “Difai” təşkilatının Qarabağ bölməsinin rəhbəri idi. Kərim bəy qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb”,-həmsöhbətimiz deyib.

M. Mehmandarov onu da bildirib ki, onlar əmioğlu kimi çox mehriban olublar və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalıb.

“Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanılmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər”, - Mustafa Mehmandarov qeyd edib. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar