Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Şuşada ibtidai məktəb”

Deməyə sözüm var...

Türkiyə iqtidarının ortağı Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli qəfil açıqlamarıyla diqqətləri bəlkə də heç kimin yadına düşməyən nöqtələrə çəkə bilən siyasətçidir. Bir neçə gün əvvəl bu qəbildən verdiyi açıqlamanın əhəmiyyətini nəzərə alaraq oxuculara olduğu kimi təqdim etməyi lazım bilirəm :”Əgər prezidentimiz, hörmətli Rəcəp Tayyip Ərdoğanın icazəsi olsa, Azərbaycan prezidenti, hörmətli İlham Əliyev də uyğun görsə, birbaşa təlimatımla Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada 9 dərsliyin oxudulacağı bir ibtidai məktəbin tikilməsi məqsədimiz var. Bu məsələ ilə bağlı malik olduğumuz bütün imkanlar səfərbər ediləcək və işə sürətlə başlanılacaq”.

Axırıncı dəfə xaricə çıxdığı tarixi bəlkə hörmətli Devlet Bahçeli özü də xatırlamır, ancaq onun Kərkük və Telafer barədə kəskin açıqlamaları Türkiyənin siyasi yaddaşında qalıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi prosesinin əvvəlində MHP lideri “Naxçıvanın Azərbaycanla birləşməsini” tələb etmiş, söhbətin Zəngəzur dəhlizindən getdiyini Türkiyə ictimaiyyətinə başa salmaq təxminən iki həftə vaxt almışdı. 10 noyabr qələbəsindən sonra Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsiylə bağlı qərar layihəsi yubadılmadan parlamentə göndərildi və ertəsi gün qəbul edildi. Türkiyə dövlətinin də ictimaiyyətinin də əsas gözləntisi hərbi hissələrin Qarabağın hər yerində olması idi. 10 noyabr sazişi gözləntiləri əks etdirməyincə Ankara Bakıya mənəvi dəstəyini davam etdirdi; dövlət başçısı Ərdoğanın ilin son günü ərəfəsində oradakı Türkiyə kontingentini təbrik etməsi və milli müdafiə naziri Hulusi Akarın eyni günlərdə türk hərbçilərin yanında olması bunun açıq və güclü ifadəsiydi. İlin əvvəlindən başlayaraq Azərbaycan-Rusiya-Ermənistan üçbucağında cərəyan edən proseslər hərbi sahədə Türkiyənin manevr imkanının azaldığını və bundan sonra o sahənin genişlənmə (ən azı Qarabağ ətrafında) imkanının məhdud olduğunu ortaya çıxarınca mənəvi dəstək sahəsindəki “məşqlər”in çərçivəsinin mümkün qədər genişləndirilməsi məqsəduyğun sayıldı. MHP liderinin “Şuşada ibtidai məktəb” təklifini, şübhəsiz, dövlətin təklifi kimi qiymətləndirmək lazımdır. Bunun MHP vasitəsilə edilməsinin hamıya məlum olan bir neçə səbəbi var ki, bunlardan ən əsası “nəyin bahasına olursa-olsun, Türkiyənin səsi Qarabağdan mütləq gəlməlidir” mesajını verməkdir.Və bu mesajdan sonra, əgər belə demək mümkünsə, “Bakının ağzına baxılacaq”, Bakı isə çox təbii olaraq MHP liderinin istədiyi o icazəni verməyəcək. Bunun da səbəbləri çox bəsitdir. Birincisi ,MHP liderinin Şuşada açmaq istədiyi ibtidai məktəbin hansı dildə olacağı məlum deyil. Məktəbin Azərbaycan dilində olması nəzərdə tutulursa, görünür, hörmətli Bahçeli hələ XİX əsrin ortalarından Şuşada Azərbaycan və rus dillərində yüksək səviyyədə dərs verən məktəblərdən xəbərsizdir. Yəni, bu gün Şuşada ana dilində məktəb açmaq və ya əvvəlki məktəbləri bərpa etmək Azərbaycan üçün qətiyyən çətin deyil. MHP lideri 9 dərslikli ibtidai məktəbin türkcə olacağını planlaşdırırsa, demək, həm bölgənin şəraitindən xəbərsizdir, həm də türkcə ibtidai məktəbin Şuşa kimi əhalisi az bir məkanda tələb edilən qədər şagird yığa bilməyəcəyini heç hesablatdırmayıb. Necə olacaq: ibtidai məktəb boyunca cəmi 9 fərqli dərsliyi türkcə oxuyacaq şagirdlər 4 ildən sonra nə edəcəklər? Orta məktəbi və litseyi hansı dildə oxuyacaqlar? Bunları ciddi şəkildə düşünüb analiz etmədən açılacaq ibtidai məktəbin təhsilə nə dərəcədə köməyi olacaq? Statistika üçün deyim ki, bu gün əhalisi 4 milyona yaxınlaşan paytaxt Bakıda Türk Dünyası Araşdırmaları Vəqfinin 1992-ci ildə açdığı Atatürk litseyində ibtidai sinifdən litseyə qədər hər il maksimum 700 şagird təhsil alır.Tələbi nəzərə alan bir türkiyəli iş adamı 2 il əvvəl eyni formatda özəl məktəb də açıb. Türkiyə dövlətinin maliyyələşdirdiyi başqa iki məktəbi də hesaba qatanda ümumilikdə maksimum 3 min şagirdin təhsil aldığı dörd təhsil qurumundan söhbət gedir. Yəni, 4 milyonluq şəhərdə türkcə təhsil alan 3 min şagird varsa, hazırda, sadəcə, dövlət məmurlarının yaşadığı və əhalisinin bəlkə 10%-nin də hələ geri qayıda bilmədiyi təxminən 30 min nəfərlik Şuşada açılacaq türkcə ibtidai məktəbə yazdırmaq üçün neçə şagird tapılacaq?

MHP liderinin bu təklifini işin lap əvvəlindən mənəvi təsəlli cəhdi kimi qiymətləndirmişdim...

Mais ƏLİZADƏ (Turan)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Bir vaxtlar medianı nəzarətdə saxlamış adamın 2-3 qeyri-ciddi nəfərin ümidinə qalması...

“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? - “Danış, Əli, danış”

“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i

Kreslo, titul əldə edə bilməyən yazarların taleyi qara yazılıb 

Ən çox oxunanalar