Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Şuşada görüşərik və mən orada ayaqyalın konsert verəcəm” – Faiq Ağayev

Xalq artisti Faiq Ağayev müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Faiq müəllim, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Böyük səadətdir ki, onilliklə gözlədiyimiz məsələnin əməli həlli həyata keçirilir. Digər tərəfdən itkilər veririk. Ermənilərin hücumu nətcəsində mülki əhalı həlak olur. Buna nə vaxta qədər dözməli idik!? Hamı indi Ali Baş Komandanımızın ətrafına toplaşıb. Xalqımız cənab prezidentimiz İlham Əliyev, əsgərlərimiz və ordumuzun yanındadır.

- Qardaş ölkə Türkiyənin Azərbaycana dəstəyini necə dəyərləndirirsiniz?

- Azərbaycan hər zaman ədalətin və haqqın tərəfindədir. O ki qaldı qardaş Türkiyəyə...Təbii ki, gözlədiyimiz dəstəyi göstərdilər. Bizə dəstək göstərən bütün ölkələrə, o cümlədən İsrail, Pakistan, Ukraynaya da bir azərbaycanlı olaraq təşəkkür edirəm.

- Şəhid ailələrinə nə demək istərdiniz?

- Hər bir azərbaycanlı üçün Vətən uğrunda şəhid olmaq böyük vəfa və şəhadətdir. Şəhidlərimizin ailə üzvlərinə Allahdan səbr diləriyəm. Belə bir deyim var: "Bir ölüm min dirilər üçündür". Bilsinlər ki, Azərbaycanın oğullarının qanı yerdə qalmayacaq. Azərbaycan dövləti, xalqı, ordusu onların yanındadır. Belə bir vəziyyətdə isə nə yaxşı belə övladlar var. Onlara var olun demək və qarşılarında baş əymək istəyirəm.

- Yeddi kəndimiz işğaldan azad edildi, Murov zirvəsini və Talış istiqamətində bir sıra yüksəklikləri geri aldıq. Mövcud prosesin davamını necə təsəvvür edirsiniz?

- Mən hərbi ekspert deyiləm. Amma xalq və dövlətin böyük inamı var ki, bu savaşımız qələbə ilə bitəcək. Biz hamımız dəqiq bilirik və bunu təkrar etmək yerinə düşər. Yalnız Ermənistan dövləti ilə mübarizə aparmırıq. Biz ilk növbədə Ermənistanın havadarları ilə mübarizə aparırıq. Biz öz torpağımızdayıq və cənab prezident İlham Əliyevin dediyi kimi bizim milli ordumuz əzəli Azərbaycan torpaqlarındadırlar.

Qeyd etdiyim kimi, biz təkcə Ermənistanla mübarizə aparmırıq. Bunu da hamımız açıq-aydın bilirik. Onların arxasında hansı ölkə durur, silah-sursatla təmin edir, məlumdur.

Allah Azərbaycan ordusunun yar və yardımçısı olsun. Ali Baş Komandamız, sizinləyik! İnşallah, Şuşada görüşərik və mən orada ayaqyalın konsert verəcəm!Teleqraf

pia.az


Etiket: Faiq Ağayev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir

Makron Ərdoğanla apardığı müharibədə məğlub olub...

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

"Paşinyan, arvadına de, özünü güldürməsin!" - Aybəniz Haşımova

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

loading...

Ən çox oxunanalar