Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şuşa həbsxanasında idik, ordumuzun döyüşə başladığını eşitdik” - Foto

6 ildən çoxdur Ermənistanda girovluqda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Anadolu Agentliyinə bu müddət ərzində onlara edilən işgəncələrdən danışıblar.

Bakıya qayıtdıqdan sonra bir müddət xəstəxanada müalicə alan girovlar ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Həm ailələrinə qovuşmaqlarına, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə görə sevinsələr də, dostları Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirildiyini və həbsxanada olan işgəncələri azadlığa çıxdıqdan sonra belə unuda bilmirlər.

Dilqəm Əsgərov deyir ki, yeganə günahı doğulduğu Kəlbəcəri, qohumlarının məzarlarını ziyarət etmək olub. Onun sözlərinə görə, həbs olunandan əvvəlki illərdə də Kəlbəcərə gedib. Lakin son səfərində erməni əsgərləri tərəfindən diqqət çəkdiyinə görə tutulub. Çıxarıldığı qondarma “məhkəmə”də ona ömürlük həbs cəzası verilib və Xankəndidəki həbsxanada saxlanılıb.

Dilqəm Əsgərov həbsxanada müxtəlif işgəncələrə məruz qaldığını deyir:

“Barmaqlarımı sındırdılar, başıma vurdular. Gün ərzində yalnız yarım saat hava almağa icazə verilirdi. Tək adamlıq kamerada qalırdım. Ancaq ümidimi heç vaxt itirmirdim.

Həmişə həm “məhkəmə”də, həm də həbsxanada bir gün Azərbaycan əsgərinin gələcəyini söyləyirdim. Çünki Prezident İlham Əliyevin Qarabağın işğal altında qalmasını qəbul etmədiyini bilirdim”.

O bildirir ki, ermənilər onu kamera qarşısına çıxararaq Azərbaycana qarşı danışdırmaq istəyiblər:

“Bir il həbsxanada mənə yemək vermədilər. Girov götürüləndə 107 kiloqram idim. Bir ildə çəkim 55 kiloqrama düşdü. Mənə elektrik cərəyanı ilə işgəncə verdilər”.

Dilqəm Əsgərov Azərbaycan ordusunun öz torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatı silah səslərindən öyrənib: “Şuşa həbsxanasında idik. Radiomuz var idi. Oradan Azərbaycan Ordusunun hərbi əməliyyata başladığını eşitdim. Azərbaycan Ordusu Şuşaya yaxınlaşanda bizi İrəvana apardılar”.

O deyir ki, Ermənistan da müharibədə terrorçulardan istifadə edib. O, PKK yaraqlılarını Şuşa həbsxanasında görüb. Onlar müharibə başlayanda döyüşə gediblər.

Digər girov Şahbaz Quliyev də öz torpaqlarına getdiklərinə görə günahsız yerə həbs edildiklərini bildirib. O da, əsirlikdə olduqları müddətdə müxtəlif işgəncələrə məruz qaldığını söyləyib:

“O, həyat deyildi. O, yaşamaq deyildi. Cəhənnəmi gördük, gəldik. Bundan sonrakı ad günümü 14 dekabrda Bakıya qayıdan günü qeyd edəcəm”.

Müharibədə həyatını itirən şəhidlərin ruhları qarşısında baş əydiklərini söyləyən Ş. Quliyev bildirib ki, Azərbaycan ordusu irəlilədikcə, ermənilər nə edəcəklərini bilmirdilər: “Yüksək rütbəli zabitlər də həbsxanada yaşamağa başlamışdılar. Çünki həbsxana qala kimi idi. Onlar canlarının qorxusundan həbsxanada gizlənmişdilər".

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və dostları Həsən Həsənov 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcərə yaxınlarının məzarını ziyarət üçün gediblər. Lakin erməni əsgərləri Həsənovu öldürüb, digərlərini girov götürüblər. Üç aydan sonra Həsənovun cənazəsi Azərbaycana qaytarılıb. Ermənilər tərəfindən qanunsuz şəkildə mühakimə olunan Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il həbs cəzasına məhkum edilib. Onlar noyabrın 10-da Azərbaycan, RusiyaErmənistan arasında imzalanan bəyannaməyə əsasən, əsir və girov mübadiləsi çərçivəsində 14 dekabr tarixində Azərbaycana qaytarılıblar.(qafqazinfo.az)

pia.az 


Etiket: Əsirlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar