Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülər diqqət : Bakıda bu yol nişanları dəyişdi

Sürücülər diqqətli olun cərimələnə bilərsiniz...

Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib.

PİA.az xəbər verir ki, Kənar Dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər.

Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı. Tıxacın qarşısını almaq məqsədi ilə dairənin Yeni Yasamaldan gələn hissəsinə 2.1 baş yol nişanı, həmin kəsişmədə isə dairə boyunca hərəkət edənlərə (dairənin daxilində) 2.4 yol ver nişanı quraşdırılıb. Digər iki istiqamətdən dairəyə daxil olan nəqliyyat vasitələri üçün isə əvvəlki hərəkət rejimi dəyişməz olaraq qalır.

Sürücülərə tövsiyə edirik ki, həmin yolda hərəkət edən zaman yol nişanlarına diqqət etsinlər və qaydaları pozmasınlar. (avtosfer.az)

pia.az


Etiket: yol nişanları

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar