Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sursat anbarını şəxsən GRU general-polkovnikinin başçılıq etdiyi qrup partladıb

Çexiyada 2014-cü ilin oktyabrında sursat anbarının partladılması əməliyyatını Rusiya Baş Kəşfiyyat İdarəsinin məxfi hərbi hissəsinin ən azı 6 əməkdaşı həyata keçirib. Qrupa həmin hərbi hissənin general-polkovnik rütbəli komandiri şəxsən başçılıq edib.

Bu günlərdə Çexiya ilə Rusiya arasında ciddi diplomatik gərginliyə, qarşılıqlı olaraq diplomatlarımn persona non-qrata elan edilməsinə səbəb olan həmin əməliyyatın detallarını “Bellingcat” araşdırma qrupunun “The İnsider” , “Der Spiegel” və “Respekt” nəşrləri ilə birlikdə apardığı araşdırma üzə çıxarıb.

Xatırladaq ki, həmin sursat anbarındakı döyüş sursatını Ukraynaya göndərmək üçün bolqarıstanlı biznesmen, silah alverçisi Yemelyan Gebrev almışdı. Biznesmen sursatı Ukraynaya yola salmaq üçün Bolqarıstana daşımağa hazırlaşanda anbarda partlayış baş verib, nəticədə iki nəfər həlak olub. Daha sonra Gebrevin özü Bolqarıstanda “Noviçok”la zəhərlənib. Hadisədən 7 ilə yaxın vaxt keçdiyi bir vaxtda Çexiya xüsusi xidmət orqanları həmin partlayışın Rusiya kəşfiyyatı tərəfindən törədildiyinin üzə çıxdığını bildirib və bunun Rusiyanın Ukraynaya qarşı apardığı hibrid müharibənin bir hissəsi olduğunu açıqlayıb. Çexiya Praqadakı Rusiya səfirliyinin 18 əməkdaşını GRU və SVR ilə əməkdaşlıqda ittiham edərək ölkədən xaric edib.

Araşdırma nəticəsində üzə çıxıb ki, əməliyyatı GRU-nun Moskvada yerləşən 29155 nömrəli məxfi hərbi hissəsinin komandiri, general-polkovnik Andrey Averyanov şəxsən hazırlayıb və həyata keçirib. Trekinq məlumatlarına əsasən partlayışlar ərəfəsində o, başqa ad altında Avropaya gedib və partlayışdan bir neçə saat sonra Moskvaya qayıdıb. Bu, general Averyanovun şəxsən xaricə getdiyi iki məxfi əməliyyatdan biridir.

Telefon danışıqlarının analizi göstərib ki, general Averyanov əməliyyat ərəfəsində həm GRU direktoru, həm Kremllə dəfələrlə əlaqə saxlayıb. O, soyadındakı bir hərfi dəyişərək “Andrey Overyanov” psevdonimi ilə Avropaya uçub.

Əməliyyatda habelə GRU-nun general-mayoru Denis Sergeyev və podpolkovnik Yeqor Qordienkonun da iştirakı təsdiqlənib. Denis Sergeyevin Yemelyan Gebrevin zəhərlənməsi əməliyyatında da iştirakına dəlalət edən faktlar üzə çıxıb, o biznesmenin zəhərlənməsindən bir neçə ay sonra Bolqarıstan paytaxtı yaxınlığında görünüb. General habelə Britaniyada keçmiş GRU polkovniki Sergey Skripalın “Noviçok”la zəhərlənməsi əməliyyatında iştirak edənlərdən biridir.

“Bellingcat” müəyyən edib ki, 2014-cü ilin oktyabrında, Çexiyada partlayışlardan bir neçə gün əvvəl general Averyanov və onun komandir olduğu hərbi hissənin digər üzvləri GRU-nun Moskvanın Xoroşevsk şossesində yerləşən mənzil-qərargahına gediblər. Orada müxtəlif reyslərə bilet alıblar və ertəsi gün Avropaya uçublar. Qrupun üzvlərindən bir neçəsi birbaşa Çexiyaya uçub, general Averyanov isə oktyabrın 13-də Vyana reysinə bilet alıb. Bölmənin digər əməkdaşı Nikolay Yejov “Nikolay Kononixin” psevdonimi ilə oktyabrın 11-də Vyanaya uçub. Həm Averyanov, həm Yejov oktyabrın 15-də Moskvaya qayıdıblar.

Daha iki GRU əməkdaşı Alekset Kapinos və Yevgeni Kalinin isə oktyabrın 10-da Budapeştə uçub, 15-də geri qayıdıb. Onlar Budapeştdəki Rusiya səfirliyinə diplomatik poçt aparmaq adı ilə gediblər.

Təhqiqatçılar GRU zabitlərinin Vrbetitsa rayonunda, meşəlik ərazidə yerləşən sursat anbarına necə daxil olduqlarını müəyyən edə bilməyib. Amma 2014-cü il oktyabrın 16-da, səhər saat 9.25 radələrində anbar partlayıb, 58 ton sursat məhv edilib, onlarla bina dağılıb və anbarın iki əməkdaşı həlak olub.

“Respekt” jurnalı qeyd edir ki, GRU zabitlərindən bir neçəsi 2014-cü il ərzində dəfələrlə Çexiyada olublar. Onların əməliyyatı hazırlamaq üçün getdikləri təxmin edilir. Əməliyyata hazırlaşmaq üçün istifadə edilən baza isə isveçrə və Avstriyada yerləşə bilərdi. Məsələn, zabitlərdən birinin telefonu Avstriyanın dağlıq Şamoni rayonunda qeydə alınıb. Bundan əvvəl qərb xüsusi xidmət orqanları orada GRU-nun maddi-texniki təchizat bazasının yerləşdiyini üzə çıxarmışdılar.

Çexiya xüsusi xidmət orqanları anbarda partlayışı bilavasitə Aleksandr Petrov və Ruslan Boşirov adlı iki GRU əməkdaşının törətdiyini ehtimal edirlər. Partlayışlardan bir neçə saat sonra onlar Vyanadan Moskvaya uçublar. General Averyanov və podpolkovnik Yejov da həmin gün Vyanaya qayıdaraq oradan Moskvaya uçublar. İndi onların barəsində partlayışlara görə axtarış elan edilib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar