Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriyaya göndərilən 450 erməninin içində bir nəfər də olsun Ermənistan vətəndaşı yoxdur”

Son vaxtrlar xarici mətbuatda Ermənistanın Suriyaya türk ordusu ilə döyüşmək üçün 450 nəfərlik hərbi heyət göndərdiyi ilə bağlı məlumat yayılıb. Maraqlıdır, Ermənistanın terrorçu dövlət mahiyyətinin ifşa edilməsi baxımından İrəvanın Suriya və digər ölkələrdəki təxribatçı fəaliyyətinin ifşa edilməsi nə dərəcədə əhəmiyyətlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, dünya terror təşkilatlarının fəaliyyətində erməni faktorunun mühüm rol oynadığına diqqət çəkdi: “Bildiyiniz kimi, 1948-1953-cü illərdə azərbaycanlılar zorla Ermənistandan kütləvi şəkildə köçürüldü. Bu da bir soyqırımdır. Hansı ki, bu hadisədən sonra Ermənistan ərazisinə xeyli sayda erməni köçürüldü. Bu ermənilər əsasən Suriyadan gətirilirdi. Suriya dövltəinin həyatında ermənilər həmişə mühüm rol oynayıb. Suriya erməniləri, İran erməniləri Ermənistan daim dəstək verib. Uzun illər öncə yaranan bri neçə erməni terror təşkilatının əsası Suriyada qoyulub. Onlar əsasən Suriya ermənilərindən təşkil olunub. Bu gün də Suriyada Əsəd tərəfində döyüşən şəxslərin bir çoxu ermənilərdən ibarətdir. Suriyaya göndərilən 450 nəfər erməniyə gəlincə, əmin ola bilərsiniz ki, onların içərisində bir nəfər də olsun Ermənistan vətəndaşı yoxdur. Onlar 90-cı illərdən Suriyadan, Livandan, digər ölklərdən Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülən ermənilər, onların övladlarıdır. Bu şəxslər terror düşərgələrində təlimlər keçiblər, indi isə geri qaytarılırlar. Yəni söhbət beynəlxalq erməni terrror şəbəkəsindən geir. Harda ehtiyac varsa, bu şəbəkənin döyüşçülərini ora göndərirlrə. Necə ki, 90-cı illərin əvvəllərində onları Azərbaycana göndərmişdilər. Həmin vaxt Azərbaycana qarşı döyüşmək üçün Latın Amerikası, Fransa, Suriya, Livan və digər ölkələrdən bu müharibəyə ermənilər cəlb olunurdu. Onlar Azərbaycanda törədilən soyqırımlarında, torpaqlarımızın işğalında iştirak etdilər. Bu gün də hara lazımdırsa, erməni terror şəbəkəsi ora muzdlular, silahlı birləşmələr göndərir. Hesab edirəm ki, dünya birliyi bundan nəticə çıxarmalı, erməni terror təşkilatlarına qarşı effektiv mübarizə ortaya qoymalıdır. Çünki beynəlxalq erməni terror şəbəkəsi bütün bəşəriyyət üçün ciddi təhdid və təhlükə mənbəyidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar