Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası

Ermənistanın Suriyaİraqdan Qarabağa PKK terrorçularını daşımasına dair faktların üzə çıxmasından sonra bəzi Rusiya KİV-lərində Azərbaycana qarşı “suriyalı terrorçular” mövzusunda yeni informasiya diversiyası cəhdləri edilir.

Virtualaz.org xəbər verir ki, bu dəfə də “Moskovskiy komsomolets” qəzeti bu diversiya cəhdində öndə gedir.

Qəzet iddia edir ki, Suriyanın İdlib və Hələb vilayətlərində fəaliyyət göstərən silahlı qruplaşmaların yaraqlılarından ibarət 1000 nəfərlik ilk qrup Azərbaycana göndərilmək üçün hazırdır. İddia olunur ki, yaraqlılarla 6 aylıq müqavilə bağlanıb, hətta onların aylıq maaşı da göstərilir-1800 dollar və daha yuxarı.

Qəzet bunu da bildirir ki, artıq muzdlular Suriyadan yola çıxıblar və Türkiyənin Kilis şəhərinə doğru istiqamət götürüblər. Oradan isə hava yolu ilə Azərbaycana gətiriləcəklər. Yaraqlıların Ermənistan-Azərbaycan sərhədi boyu və Qarabağdakı təmas xəttində sentyabrın sonlarına qədər yerləşdiriləcəkləri iddia olunur.

Qəzet Suriya parlamentinin Hələbdən olan deputatı Fares Şehabinin tvitter-hesabına istinad edib. Hansı ki, bu deputat Suriyada “qəsd nəzəriyyələri üzrə ixtisaslaşıb” və qeyri-ciddi imici ilə tanınır. Məsələn, bu günlərdə Şehabi bildirib ki, “Ən Nusra” qruplaşması Londonun bir neçə bələdiyyəsində öz namizədlərini irəli sürüb.

Bəs Rusiya nəşrinin bu qeyri-ciddi deputata istinad etməkdə məqsədi nədir? Axı bir tərəfdən qəzet yazır ki, Türkiyənin ordu qruplaçması, xüsusi təyinatlıları və təyyarələri Azərbaycanda yerləşdirilib. O zaman suriyalı yaraqlılar Azərbaycanın nəyinə gərəkdir? Bir halda ki, onlar xüsusi döyüş qabiliyyətləri ilə fərqlənmirlər və nizami ordunun sıralarında döyüşməyə yaramırlar. Xüsusən də mürəkkəb relyefə malik Qarabağ hərbi əməliyyatlar teatrında yadelli muzdluların döyüşə atılması üçün onlara uzun-uzadı hazırlıq keçmək lazım gələrdi.

Liviya şərtlərində, hansı ki, hərbi əməliyyatlar qəbilə döyüşlərini xatırladır,-səhrada “şeytan-maşınlarda” hərəkət edən, qəfil atəş açıb qaçan suriyalı yaraqlılar işə yarayır. Lakin relyefi, şərtləri və düşməni dəyişsən bu ayağı çəkələkli döyüşçülər heç nəyə yaramayacaq.

İkincisi, “Moskovskiy komsomolets” jurnalistləri yazırlar ki, Azərbaycan və Türkiyə qoşunlarının döyüş hazırlığı kifayət qədər yüksəkdir və “suriyalı yaraqlılar” qismində “yarımvəhşi müttəfiqlər” onlara lazım deyil. Təkcə ona görə yox ki, bu yaraqlılardan istifadə çoxlu problemlərə gətirib çıxarar. Həm də ona görə ki, Türkiyə ordusunun İraqda və Suriyadakı döyüş təcrübəsi bu “möcüzə döyüşçülərin” müdafiə xəttinin necə qısa müddətə darmadağın edildiyini göstərib.

Lakin Azərbaycana qarşı “suriyalı terrorçular” mövzusunda informasiya həmlələrinin arası kəsilmir. Elə bu gün daha bir Rusiya internet nəşri –“Krasnaya Vesna” informasiya agentliyi Suriyadan yaraqlıların Türkiyə aerportlarından birinə daşındığını, oradan Azərbaycana göndəriləcəyini yazıb. Nəşrin digər informasiyasında isə deyilir ki, “Suriya Milli Ordusunun tərkibinə daxil olan “Əhrar əş-Şərqiyə”, “Ceyş əl-İslam” və, “Əl-Cəbha əş-Şamiyə” qruplaşmalarının döyüşçüləri Azərbaycana gəlməkdən imtina ediblər. “Cerablusda həmin qruplaşmaların üzvlərinə xüsusi icazə olmadan Azərbaycana getməsi qadağan ediblər”,-nəşr anonim mənbəyə istinadla bildirir.

Göründüyü kimi informasiya məkanında Azərbaycana qarşı “suriyalı terrorçular” mövzusunda erməni mənşəli diversiya cəhdləri davam edir. Aydın məsələdir ki, Ermənistan xüsusi xidmət orqanları bununla Yaxın Şərqdən terrorçuların erməni ordusunun sıralarına cəlb edilməsi yönündə fəaliyyətlərindən diqqəti yayındırmaq məqsədi güdür. Və nədənsə bəzi Rusiya KİV-ləri də bu kampaniyada xüsusi fəallıq edirlər.

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir

Makron Ərdoğanla apardığı müharibədə məğlub olub...

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu Zəngəzura (Sünikə) çatdı)  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

loading...

Ən çox oxunanalar