Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada ilk ortaq Moskva-Tehran-Şam hərbi təlimləri

İsrail kəşfiyyatının işini çətinləşdirən məqamlar...

Debka file (İsrail), 03.10.2019

Rusiya, İran və rəsmi Dəməşqin hökumət qüvvələri Suriyanın Deyr əz-Zur bölgəsində ilk ortaq təlimlərə başlayıb. Bu, Yaxın Şərqdə onların birinci şərikli “hərbi oyun”udur.

Fərat çayının qərb sahilində baş tutan manevrlərdə ilk üçtərəfli raket atışları və möhkəmləndirilmiş hədəflərə hava zərbələri endirmə həyata keçirilib.

Həmçinin, Rusiya hərbi mənbələri ilk dəfə olaraq, İran hərbi hava qüvvələrinə (HHQ) məxsus təyyarələrin və PUA-ların, eləcə də xüsusi təyinatlıların Suriyaya “müharibə oyunu” üçün gəldiyini açıq şəkildə bildiriblər.

Moskva, eyni zamanda, İran qüvvələrini Rusiya hava hücumundan müdafiə çətiri ilə təmin edərək, hava hücumundan müdafiə sistemləri olan “Pansir S-1” və “Pantsir S-2” raket sistemləri ilə bu işə töhfəsini verib.

Ortaq təlimlə bağlı RusiyaSuriya bəyanatında təlimlərin başlanğıc tarixi göstərilməyib. Yalnız “hərbi oyun”un Suriya-İordaniya-İraq sərhəd qovşağını əhatə edən əl-Tanfdakı Amerika bazasının yaxınlığı, Deyr əz-Zur əyalətinin qərb hissəsində keçirildiyi qeyd olunub.

“DEBKAfile”-ın hərbi mənbələri bildiriblər ki, təlim Rusiyanın Suriyadakı yeni strategiyasının önəmli cizgilərini açıqlayır.

Moskva 8 il davam edən müharibədə yalnız 3 gün əvvəl açılan əl-Qaim-Əbu Kamal sərhəd keçidindən istifadəsinə başlayıb. Qara dəniz bazalarından, xüsusən də Cənubi Osetiya və Krımdan gətirilən ağır rus hərbi texnikası yeni açılan keçid vasitəsi ilə Suriyaya çatdırılmağa başlayıb.

Bununla da, Moskvanın Suriyadakı hava və dəniz dəhlizlərinə əlavə olaraq, Rusiyadan Yaxın Şərqə quru körpü döşəməyə başladığı bəlli olur.

Buna görə də, Moskva, Aralıq dənizinin şərqinə çıxmaq üçün İraqSuriya ərazisindən keçməklə, Tehranla ortaq şəkildə eyni quru körpüdən istifadə edir.

Rusiyanın bu marşrutda İranla ortaq olması İsrailin eyni sərhəd keçidi və marşrutundan istifadə edən ruslara görə quru dəhlizinə hücum etməni çətinləşdirəcək.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Moskva Tehran Şam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar