Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada daban-dabana zidd geosiyasi maraqlar - Ərdoğan yenidən müharibə düyməsini basır...

Türkiyənin “Sülh çeşməsi” antiterror əməliyyatını davam etdirəcəyini bəyan etməsi onu göstərirmi ki, artıq Türkiyənin Rusiya və ABŞ-la anlaşması iflasa uğrayıb?..

Politoloq: “Ərdoğanın bu bəyanatı onu göstərir ki, Suriyanın Şimalında RusiyaABŞ, eyni zamanda Əsəd hökuməti Türkiyənin tələblərinin heç də hamısını yerinə yetirməyiblər”.

“Verilən vədlərin reallaşmaması da Türkiyəyə yenidən hərbi əməliyyatları başlamaq hüququnu verir”.

Bu sözləri politoloq Zaur Məmmədov Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatını davam etdirəcəyi açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası haqqında yazılı açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatı gözlənilən nəticə əldə olunana qədər davam etdiriləcək.

Məlumata əsasən, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində başladılan əməliyyat gözlənilən nəticələr əldə olunana qədər davam etdiriləcək. Bu zaman ərzində dinc əhaliyə zərər dəyməməsi üçün lazımi tədbirlərin görüldüyü bildirilir.

Türkiyənin “Sülh çeşməsi” antiterror əməliyyatını davam etdirəcəyini bəyan etməsi onu göstərirmi ki, artıq Türkiyənin RusiyaABŞ-la anlaşması iflasa uğrayıb və Suriyanın şimalında Türkiyə yenidən əməliyyatlara başlaya bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Türkiyə öz maraqlarının reallaşması üçün sona qədər mübarizə aparacaq”.

Hələlik terrorçu quruplar Suriyada passiv dövrlərini keçirsələr də, Türkiyəyə qarşı mübarizə aparmasalar da, onlar gözləmə mövqeyində olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, istənilən halda kürd yaraqllıları Türkiyənin milli maraqlarına təhdiddirlər:

“Ərdoğanın bu bəyanatı onu göstərir ki, Suriyanın Şimalında RusiyaABŞ, eyni zamanda Əsəd hökuməti Türkiyənin tələblərinin heç də hamısını yerinə yetirməyiblər. Bu aspektdən yanaşanda görünən odur ki, bu gün Türkiyə öz maraqlarının reallaşması üçün sona qədər mübarizə aparacaq. Həmçinin Suriyanın Şimalındakı həmin o əməliyyatlar da heç də nöqtə qoyulmayıb və həmin əməliyyatlar mütləq şəkildə davam etdirilməlidir.

ABŞRusiyanın Suriya ilə bağlı Türkiyə ilə apardıqları danışıqlar ondan ibarət idi ki, Suriyanın şimalı kürd terrorçu quruplardan təmizlnməli idi və eyni zamanda onlar Menbiç kimi strateji regionlardan çıxmalı idilər. Lakin bütün bunlar hələ ki, reallaşmayıb. Verilən vədlərin reallaşmaması da Türkiyəyə yenidən hərbi əməliyyatları başlamaq hüququnu verir. Çünki hələlik terrorçu qurupları orada passiv dövrlərini keçirsələr də, Türkiyəyə qarşı mübarizə aparmasalar da, onlar gözləmə mövqeyindədir. İstənilən halda onlar Türkiyə milli maraqlarına təhdid ola bilərlər.

Zaur Məmmədov: “İstər Qərb, istərsə də Rusiya Türkiyəyə qarşı gercək münasibətini göstərdi”.

Təbii ki, regionda İraqdan başlayaraq Aralıq dənizinə kimi türk kolidorunun qurulmasına icazə verməyəcəklər. Bu Qərbin də, Rusiyanın da regiondakı geosiyasi maraqları ilə daban-dabana ziddir. Bütün bunlar da Türkiyəni hərəkətə keçirir. Türkiyə tərəfindən verilən bu açıqlama bir növ ABŞRusiyaya verilmiş siqnaldır. Çünki hər iki ölkə YPG ilə bağlı öz siyaətlərində dəyişiklik etməlidirlər.

Xatırladım ki, dünən NATO-nun keçirilən iclasında Baltikyanı ölkələr və Polşa ilə bağlı müdafiə layihəsinin qəbul edilməsinə türkiyəli nümayəndə imza atmayıb. Bunun da əsas səbəbi Türkiyənin siyasi və hərbi müttəfiqi olan NATO-nun YPG-ni terror təşkilatı kimi tanımamasıdır. Burada da istər Qərb, istərsə də Rusiya Türkiyəyə qarşı gercək münasibətini göstərdi”.

Nərminə UMUDLU
pia.az


Etiket: Suriya Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar