Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Suriyada bundan sonra nə olacaq? - Türkiyənin yeri harda görünür...

Türkiyə ilə ABŞ arasındakı Ankara müqaviləsindən və Türkiyə ilə Rusiya arasındakı Soçi razılaşmasından sonra kim nə əldə etdi?..

Muzaffer Ayhan Kara

“OdaTv” qəzeti, Türkiyə, 28 oktyabr 2019-cu il

ABŞRusiya aparılan görüşlərdən və əldə edilən razılaşma nəticəsində Ankara “Sülh Çeşməsi” Hərəkatına start verdi. Bu hərəkat bir mərhələdə müxtəlif təhdidlər və xəbərdarlıqlardan sonra dayandırılıb. 

444 km enlikdə və 32 km dərinlikdə nəzarətə alınmalı olan hərəkat sahəsi əvəzinə, aparılan danışıqlar nəticəsində Ankaranı 120 km enlikdə və 32 km dərinlikdəki sahə üçün razı saldılar. 911 km-lik Suriya sərhədində, YPG nəzarətindəki kantonların birləşdirilməsi ilə ABŞ-ın əlində olan “qarnizon dövləti”nin qarşısı “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Çeşməsi” hərəkatları və Rusiya-İran-Dəməşq rejiminin də dəstəyi ilə alınıb. 

“Sülh Çeşməsi” hərəkatı ilə Ankaranın tamamlaya bilmədiyi sərhədin nəzarəti isə Rusiya və Dəməşq rejiminin nəzarətinə buraxılıb. Türkiyə sərhədində ABŞ-ın qoruduğu kürd hərəkatının təsirli olduğu Əyn-əl Ərəb (Kobani) və Qamışlıda YPG ünsürləri qalacaq, amma Rusiya və Dəməşq rejiminin nəzarətini qəbul edəcək. Türkiyə sərhədində isə yenə də 10 km-lik dərinlikdə təhlükəsizlik xətti yaradılacaq.

Ankarada və Soçidə ortaya çıxan mənzərə

Türkiyə ilə ABŞ arasındakı Ankara müqaviləsindən və Türkiyə ilə Rusiya arasındakı Soçi razılaşmasından sonra kim nə əldə etdi?

1) Son vəziyyətdə ən çox güclənən Rusiya oldu. Dəməşq rejimi də öz üzərindəki qəyyumluğu atıb və üstəlik çoxdan istədiyi YPG qəyyumluğunu da ələ keçirib. Həmçinin, Türkiyə ilə olan münasibətlərini gücləndirib, Ankaraya əsaslanaraq ABŞ-ın Suriyadakı təsirini hələlik azaldıb. Beləliklə, Rusiya yeni super güc kimi Yaxın Şərqdəki təsirini artırarkən, Şərqi Aralıq dənizində də nəzarəti gücləndirib.

2) Türkiyə də Suriya ilə 1998-də imzalanan və 2010-cu ilin dekabrında yenilənən Adana müqaviləsindən sonra bölgədə yaratdığı gücü ABŞ-a güvəndiyi üçün itirib və çox böyük zərbə alıb. 2011-in payızından etibarən Suriyada özünün avtoritar İhva dövlətini qurmaq istədi, lakin hesablamalarını yanlış apardığından və zəif xarici siyasət ucbatından zərbə aldı. Türkiyəç hərbi hərəkatla təkcə kantonları birləşdirib qarnizon dövləti quran YPG-nin Aralıq dənizində yaratmaq istədiyi Amerika-Kürd koridorunun qarşısını alıb. Lakin bu bir uğur deyil. Çünki Adana müqaviləsindən sonra onsuz da Türkiyənin təhlükəsizlik xətti Suriyanın cənubundan başlayırdı. İndi isə bu xətt Türkiyənin 32 km cənubundan başlayır.

3) Suriyanın qana boyanmasında əsas günahkar olan ABŞ şimal-şərqində yerləşən YPG nəzarətindəki bölgədən geri çəkilməyə məcbur qalıb. Lakin unutmayaq ki, bu real geri çəkilmə deyil. ABŞ-ın geri çəkilməkdə məqsədi YPG-yə fiziki və silah-sursat baxımından zərər verməmək idi və bunu da bacarıb. Həmçinin, Suriyanın şərqində İraq sərhədindəki neft quyularına da əsgərləri vasitəsilə nəzarət edir və zəiflədilmiş YPG qüvvələrini “neft gözətçisi”nə çevirib. ABŞ hələlik itirən tərəfdir, lakin konstitusiya prosesində və prosesdən sonra Suriyanın gələcəyində yer almaq istəyəcək.

4) ABŞ-ın əməliyyatlarla qarnizon dövlətlərə yönəlməsi və Aralıq dənizində koridor yaratmaq istədiyi hələlik puç olub. Lakin İsrailin də dəstəklədiyi bu layihəyə ABŞ da, İsrail də, YPG də ertələnmiş kimi baxacaq və ilk fürsətdə hərəkətə keçəcəklər. Bunun üçün də görünür, Suriyanı qeyri-sabit bir vəziyyətdə tutmaq və Türkiyəni də zəiflətməyə çalışacaqlar. YPG də ABŞ kimi hələlik itirən tərəfdədir.

Türkiyə nə vaxt rahat olacaq?

Türkiyənin əsl uğuru ABŞ-ın Suriya torpaqlarından tamamilə çəkilməsi və YPG-nin Dəməşqlə üz-üzə qalmasıdır. Türkiyə ancaq bu zaman az da olsa, rahatlaya bilər. ABŞ-ın bölgədən tamamilə geri çəkilməsi YPG-ni sıxışdıracaq və Rusiyanın da, İranın da Suriyadan uzaqlaşmasına şərait yaradacaq. Tam da bu zaman Adana müqaviləsinin ruhu diriləcək və Ankara-Dəməşq münasibətlərinin zəmini formalaşacaq. Suriyanın yeni konstitusiyasının formalaşması prosesində də 4 milyona yaxın qaçqın yavaş-yavaş öz torpaqlarına qayıtmağa başlayacaq. Bu mənzərə sayəsində divarlara və təhlükəsizlik koridoruna ehtiyac qalmayacaq və yenidən “bütöv Suriya” formalaşacaq. 

Suriyanın ərazi bütövlüyü və siyasi birliyi onun bölgədəki siyasi təsirinin artmasına da səbəb olacaq. Türkiyə xarici siyasətinin təməlini qoyan böyük strateq Atatürkün “Yurdda sülh, dünyada sülh” şüarının mənası da buradan gəlir. Türkiyə xarakter olaraq sabitlik içində hərəkət edən və güclənən bir quruluşdadır. Məsələn, ABŞ, İsrail və İran kimi dövlətlər də qeyri-sabitlikdən qidalanırlar Suriyadakı vəziyyətdən də ən çox Rusiya faydalanmışdı. Türkiyə 8,5 illik qeyri-sabitlik dövrü ilə Suriyada çox itkilər vermişdi və indi ordunun gücü ilə şəhidlər verərək ən başa qayıtmaq istəyir.

Türkiyə bu prosesdə nə öyrəndi?

Bəlkə də, Türkiyənin bu prosesdə ən yaxşı öyrəndiyi şey qeyri-sabitlik dövründə başına gələcək hər şeyi öncədən görə bilməsidir. Davudoğlu ilə Ərdoğanın ABŞ-İsrail köməyi ilə YPG-ni Suriyada zəiflətməsinin nəticələri ortadadır. Bu mənada iqtidarın məruz qaldığı çətinliklərin səbəbi də məhz bu “Suriya baqajı”dır. Daha əvvəl də deyildiyi kimi, Babacan-Gül cütlüyünün yeni partiya işlərinə Davudoğlunu daxil etməməsinin səbəbi bu baqajdır. 

Onsuz da Yakış, Gül və Babacanın olduğu Türkiyə Xarici İşlər Nazirliyi 2011-in ortalarına qədər daha çox ənənəvi türk xarici siyasəti arqumentləri ilə çıxış edirdi. Lakin Davudoğlunun və Ərdoğanın Qardaşlıq dövləti qurmaq arzusu o ənənəvi və dünyəvi cizgini dəf etmiş və bununla da Suriyadakı vəziyyət tamamilə dəyişmişdi.

Türkiyədə müxalifətin və ictimaiyyətin ortaq düşüncəsi, seçicilərin mövqeyi iqtidarı bu nöqtəyə gətirir: cəmi 8-9 ildən sonra böyük bir səhvə görə az zərbə almaq. Görünür, bundan sonra yeni iqtidar Suriyada yeni bir səhifə açacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar