Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya şahmat taxtasındakı neft oğruları - Neft yataqları Əsədə verilməyəcək...

Yaxın Şərqdə şahmat oynayan Rusiyadır. 3-4 həmlədən sonrasını görə bilir. Poker oynayan Amerikadır, çünki həmişə blef edir. Loto oynayan isə Türkiyədir. Bəxtinə nə çıxsa...”

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 23 oktyabr 2019-cu il

Putin-Ərdoğan görüşündən əvvəl Kreml müşaviri Dimitri Peşkov açıqlama verib: “Türkiyənin Suriyada qalmasına biz yox, Dəməşq icazə verə bilər”. Dəməşqin, təbii ki, belə bir niyyəti yoxdur. Onsuz da İdlibdə Suriya qüvvələrini ziyarət edən Bəşər Əsəd: “Ərdoğan nefti, fabrikləri və buğdanı aparan bir oğrudur. Bu gün də torpaqlarımızı oğurlayır”, deyib. Əsəd bu günədək Suriya neftinə nəzarət edən və bunu açıq şəkildə etiraf edən Trampa söz demir, amma Ərdoğanı qınayır.

Tramp: “Az sayda əsgər neft yataqlarını qorumaq üçün Suriyanın tamamilə fərqli bir bölgəsində, İordaniya yaxınlığında və İsrailə yaxın bölgələrdə qalacaq. Yadınızdadırsa, İraq müharibəsinə qarşı çıxmışdım. Bu, çox da yaxşı bir qərar deyildi. Amma girirsinizsə də, nefti saxlayın demişdim. Eyni şey buraya da aiddir. Nefti qoruyun. Biz də nefti qorumaq istəyirik”.

Nefti oğurlayan kimdir?

Nəticədə, Suriyada nə baş verir? Naim Babüroğlu qeyd edir: “ABŞ-ın sabiq Dövlət Katibi Henri Kissincer 2014-də “1919-1920-ci illərdə qurulan milli sərhədlər yıxılmalıdır”, demişdi. R. Haas isə 2014-cü ildə Suriya üçün “Əsəd Ələvi bölgəsinə rəhbərlik edəcək. Kürdlərin güclü bir muxtariyyəti olacaq və Sünni bölgəsi İŞİD-Sünni nəsilləri arasında mübarizə meydanına çevriləcək”, demişdi”. Bəs Türkiyə bu işin hansı hissəsindədir?

Türkiyə ABŞ-ın Suriya əməliyyatına 2011-dən etibarən dəstək verir. İndi isə bu yanlış siyasətin nəticələrindən biri, yəni Türkiyənin cənubunda terror təşkilatı qurulması ehtimalı ortaya çıxan kimi Ərdoğan “Sülh Çeşməsi” Hərəkatına başladı. Lakin bu hərəkatın hədəfi Suriyanın şimal-şərqində 32 km dərinlikdə yerləşən xətti təhlükəsiz bölgəyə çevirməkdir. Bu hədəfə çatsalar belə, atəşkəslə birlikdə PKK/PYD qüvvələri təhlükəsiz şəkildə cənuba çəkildiyi üçün eyni təhdid davam edəcək. Türkiyənin əlinə nə keçəcək?

Fatma Efe: “Yaxın Şərqdə şahmat oynayan Rusiyadır. 3-4 həmlədən sonrasını görə bilir. Poker oynayan Amerikadır, çünki həmişə blef edir. Loto oynayan isə Türkiyədir. Bəxtinə nə çıxsa...”

Soçidəki Putin-Ərdoğan görüşündən nə çıxır çıxsın, PYD/YPG qüvvələri Türkiyə sərhədindən 32 km cənubda qalmağa davam edəcək. Rusiya bu qüvvələri Suriya ordusuna qatmaq istəyir. Çünki belə olsa, onda terror təşkilatı olmaqdan da çıxacaq. Suriya ordusunun forması ilə yenə də Türkiyə sərhədinə gələcəklər.

Yeri gəlmişkən, Türkiyə həm hərəkat üçün, həm də suriyalılar üçün çox pul xərcləyir. Bu da büdcədə yaranan boşluğun vergilərlə doldurulmasına yol açır. 2020-ci ildə büdcədə 600 milyard lirə olan vergi gəlirlərinin, 785 milyard lirəyə yüksəlməsi hədəflənir. İstehlak nisbəti azaldığı üçün istehlak vergisi də azalıb və nəticədə, hökümət vergi itkilərini azaltmaq üçün bir islahat paketi hazırlayır.

Həmçinin, ilin ilk 8 ayında buğda idxalı 5,5 milyon tona çatıb. Türkiyənin istehsal etdiyi buğda artıq bəs eləmir. Ona görə də, vətəni Anadolu olan buğdanın genetik quruluşu dəyişdirilib. Buna qarşılıq Kayseridə Kocasinan Bələdiyyəsi tərəfindən əkinçilərə 10 min illik keçmişə sahib olan qara buğda toxumu və təbii toyuq gübrəsi paylanıb. Kocasinan Bələdiyyə sədri Əhməd Çolaqbayraqdar bildirib ki, keçən il əkilən və bu il toplanan qara buğdanın Kocasinanda yayılması üçün çalışır və bu tətbiq Türkiyədə ciddi bir model ola bilər. Artıq ümid qara buğdaya və toyuq gübrəsinədir. Türkiyə qara buğdanı çoxaltsa, bəlkə, Suriyaya da verər... Çünki Türkiyə heç kimin buğdasını, neftini, torpağını oğurlamaz..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar