Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya ordusunun hazırki vəziyyəti - Əsəd qüvvələri Türkiyəyə qarşı dayana bilərmi?

Türkiyə ilə İdlibdə gərginlik yaşayan Suriya ordusunun mövcud qüvvəsi hər kəsə maraqlıdır. Təxminən 9 ildir ki, vətəndaş müharibəsi aparan Suriya ordusu silah və hərbi sahədəki itkilərini rus hava qüvvəsi və iranlı şiə milisləri ilə tarazlaşdırmağa çalışır...

Ali Kemal Erdem
“The Independent” qəzeti, 11 fevral 2020-ci il

Türkiyə ilə Suriya arasında İdlibdə başlayan gərginlik daha da böyüyüb. Türkiyə Silahlı Qüvvələri bölgəyə toplansa da, Suriya ordusu gücünün böyük bir hissəsini qarşıdurmaların davam etdiyi İdliblə Hələbin qərb və cənub istiqamətinə ötürüb. Təbii ki, Türkiyə ordusu ilə ola biləcək bir qarşıdurma riski Suriya ordusunun mövcud imkanları barədə maraq doğurub.

2011-ci ilə qədər Suriya ordusu ilə bağlı daha az məlumat olsa da, həmin tarixdə başlayan və bu günə qədər davam edən vətəndaş müharibəsi bu sualın cavabını daha da çətinləşdirir.

9 il əvvəl Suriya ordusunun 220.000 əsgəri, 500-dən çox döyüş təyyarəsi, 4.700 tankı, 4.500'den çox zirehli maşın daşıyıcısı, 500 motorlu pulemyotu, 1500 zenit qurğuları və 4.000 təyyarə silahı var idi. Saylarının belə çox olmasına baxmayaraq, tankların və təyyarələrin çoxunun köhnə sovet dövründən qaldıqları üçün aktiv istifadə edilmədiyi iddia olunub.

Suriya ordusu müharibədə ciddi silah və əsgər itkisinə məruz qalıb

2011-ci ildə başlayan müharibə ilə Suriya ordusundan qaçan minlərlə əsgər müxalif Azad Suriya Ordusuna (ASO) qoşulub. Ölkənin hər yerinə yayılan vətəndaş müharibəsində Suriya ordusunun on minlərlə itki verdiyi bildirilir.

Müxaliflə tank əleyhinə raketlərin və zenit silahların verilməyə başlaması ilə Suriya ordusu yüzlərlə tank, zirehli maşın və çox sayda helikopter də itirib. Bəzi iddialara görə, 2011-ci ildən bəri Suriya ordusu qarşıdurmalarda 2600-ə yaxın tank və zirehli texnika itirib. Bundan əlavə, bir çox hava bazası müxaliflər tərəfindən ələ keçirildiyi üçün Suriya burada istifadə edə bilmədikləri bir çox köhnə təyyarələri də geridə qoyub. Həmçinin, çox sayda təyyarə vurulub.

Köməyinə Rusiyaİran çatıb

2015-ci ildə əsgər və silah baxımından ciddi şəkildə əziyyət çəkməyə başlayan Suriya bu tarixdən sonra Rusiyaİranın dəstəyi ilə silah gücünü artırmağa başlayıb.

2011-ci illə müqayisədə 2020-ci ilə qədər Suriya ordusunda silah sayında azalma olub, lakin əvvəllər mövcud olmayan və ya az miqdarda olan bəzi silah sistemlərini də Rusiyaİrandan alıb.

138 ölkə arasında hərbi gücdə Türkiyə 11-ci, Suriya isə 55-ci sıradadır

Suriya ordusunun hazırkı gücü ilə bağlı dəqiq bir məlumat olmasa da, hər il dünya ölkələrinin hərbi gücü haqqında məlumatları açıqlayan “Global Firepower Index” bu mövzuda bəzi iddialar irəli sürdüb. 138 ölkəni əhatə edən “Global Firepower Index”nin 2020-ci il məlumatlarına görə, Suriya ordusu hərbi gücünə görə dünyada 55-ci sırada yer alıb. Türkiyə isə həmin siyahıda 11-ci yerdədir.

Ordu ümumən azalıb

Məlumatlarda Suriyanın müdafiə büdcəsinin 1 milyard 800 milyon dollar olduğu qeyd edilib. 2011-ci ildə 220 min hərbi gücə sahib olan Suriya ordusunun, indi 142 min olduğu elan edilib.

Yeni ələ keçirilən yerlər və əfvlər sayəsində artım

“Independent Türkçə”yə açıqlama verən, Suriyada yaşayan, lakin adının açıqlanmasını istəməyən bir jurnalis isə “Global Firepower Index”in bu məlumatlarına baxmayaraq, Suriya ordusunun son 2 ildə artdığını və müharibədən əvvəlki dövrə qayıtdığını iddia edib. Bunun 3 səbəbinin olduğunu ifadə edib:

- Əvvəla, əsgərlərin qəbul edilmədiyi və müxaliflərin çox olduğu yerlərin Əsədin nəzarətinə keçməsi ilə yenidən hərbi xidmətə çağırışların başlanması;

- İkincisi, Əsəd əleyhinə müharibə gedərkən hərbidən qaçan bir çox gəncin vəziyyət dəyişdikdən sonra elan olunan amnistiyadan yararlanmaq üçün hərbi xidmətə getməsi;

- Üçüncü səbəb isə demək olar ki, 7 ildir ordudan buraxılışın olmamasıdır.

Buna görə də, kazarma daxilində ehtiyat əsgərlərin çox olduğu da iddia edilib.

Mövcud iddilara baxmayaraq, aktiv döyüşçülərin sayı 50 minə yaxın olduğu göstərilir.

Digər tərəfdən, Suriya ordusundakı çox sayda birliyin təchizat və peşəkarlıqçatışmazlığından, o cümlədən bəzi birliklərin sədaqətinə kifayət qədər etibar edilmədiyindən, həmin birliklər hərbi əməliyyatlara cəlb edilmir və əsasən, müdafiə xəttində saxlanıldığı iddia edilir.

Mövcud ordu daxilində vətəndaş müharibəsində fəal iştirak edən təcrübəli əsgərlərin sayının 50 ilə 70 min arasında olduğu və bu əsgərlərin əksəriyyətinin aşağıdakı hərbi hissələrə daxil edildiyi iddia edilib:

Pələng qoşunları (25-ci Terrorla Mübarizə Diviziyası)

Briqada generalı Süheyl Həsənin komandanlığı altında olan Pələng Qüvvələri üç birlikdən ibarətdir. Müharibənin əvvəlindən bəri ölkənin Həma, İdlib və Hələb kimi bölgələrində vuruşan bu birliklərin sayı təxminən 10 mindir. Onlar Suriya ordusunun ən fəal hücum qüvvəsidir və hazırda İdlibdə əməliyyat keçirirlər.

4-cü korpus:

Əsədin qardaşı general-mayor Mahir Əsədin komandanlığı altında olan bu birliyin əsas vəzifəsi Dəməşq müdafiə etmək idi. Lakin Dəməşq ətrafında qarşıdurmalar Əsədin xeyrinə başa çatdıqdan sonra bu bölgədə “Əl Ğavs” (İmdad) qoşunları yaradılıb. Bu birlik öz adını korpusun komandiri olan general Qeys Delladan alıb və hazırda əsasən Hələb, İdlip və Latakiya cəbhələrində yerləşib.

104-cü Respublika Mühafizə Briqadası:

Suriya Ordusunun elit birliyi sayılan bu güc əsasən Dəməşqdə yerləşir.

5-ci korpus:

Müharibənin ilk illərində nizami ordu yetərli olmadıqda “Milli Müdafiə Qüvvələri” adlı könüllü mülki şəxslərdən ibarət milis qüvvələri yaradılmışdı. Rusiyaİranın dəstəyi ilə bu qüvvələr 2017-ci ildə “5-ci korpus” adlı adi bir hərbi qüvvəyə çevrilib, orduya qoşulub və Hümsün şərqində İŞİD-ə qarşı döyüşlərdə istifadə edilib. İŞİD gücünü itirdikdən sonra indi bu qüvvə şimala keçirilib. Onların sayının təxminən 20-25 min olduğu deyilir.

Milis qüvvələri də çox önəmlidir

Lakin Suriyanın lehinə mübarizə aparan qüvvələr yalnız nizami ordu hissələrindən ibarət deyil. İranın maliyyələşdirdiyi bəzi şiə milis qüvvələri də Suriyadakı müharibədə mühüm rol oynayır. Əsasən Livandan və İrandan gələn şiə könüllüləri arasında həmçinin İraq, Fələstin, Əfqanıstan və hətta az sayda Pakistandan gələn şiə könüllüləri də yer alır. İranlı komandirlərin yönətimində olangöstərdiyi bu milis qruplarının dəqiq sayı bilinməsə də, ümumilikdə 20 minə yaxın olduğu iddia edilir. Həmin qruplardan ən məşhurları aşağıdakılardır.

Livan Hizbullahı:

2013-cü ildə müharibədə iştirak edən Livan Hizbullahı Hümsdəkı müharibənin Əsədin lehinə çevrilməsində mühüm rol oynayıb. 2 və ya 3 min insanın hələ də Suriyada olduğu və son həftələrdə Hələbdəki qarşıdurmalarda da iştirak etdiyi irəli sürülüb.

Fatimiyyun Briqadası:

Əfqanıstan və İranda yaşayan monqol mənşəli şiə xəzərlərdən ibarət olan bu qrupun sayı təxminən 5 minə çatır. İran tərəfindən maliyyələşdirilən bu qrup əvvəllər cənubdakı Dəra bölgəsində xidmət etsə də, indi onlar da Hələb çöllərinə gəliblər.

Qüds Briqadası:

Bu qrup Suriyada yaşayan şiələrdən deyil, fələstinlilərdən ibarətdir. Təxminən 3 min adamdan ibarət olan bu birlik Hələbdəki qarşıdurmalarda iştirak edib.

Suriya quru qoşunlarının cəbhəxanası:

“Global Firepower Index”in 2020-ci il məlumatlarında Suriya quru qoşunlarının əlindəki silahların sayına dair aşağıdakı rəqəmlər qeyd edilib:

Tank: 4135

Zirehli maşınlar: 5370

Çəkilən artilleriya: 2550

Raket sistemləri: 750

Motorlu toplar: 575

Rusiyadan tanklar və çox lüləli raket buraxılış sistemləri dəstəyi

9 il keçməsinə baxmayaraq, Suriyanın hələ də xeyli sayda tank və zirehli texnikaya sahib olduğu qeyd edilsə də, böyük əksəriyyətin Sovet İttifaqı dövründən bəri T-72-lərdən ibarət olduğu və artıq aktiv münaqişələrdə istifadə edilmədiyi iddia edilib. Digər tərəfdən, Suriya köhnə T-72 tanklarından istifadə etməkdən savayı, özünün istehsal etdiyi Qolan və Şəms adlı çox lüləli raket sistemləri və ya Şilka adlı çox lüləli zenit sistemlərindən istifadə etməyə başlayıb.

Müharibə zamanı Rusiyadan alınan az miqdarda müasir T-90 tankı və Tos-1 çox lüləli raket sistemi də Suriya Ordusunun cəbbəxanasına daxil edilib.

Bundan əlavə, Suriyanın keçmişdən bəri “Scud”, “Toshka” tipli qurudan atılan ballistik raket qurğuları olduğu məlumdur. Ancaq onların sayı barədə dəqiq bir məlumat yoxdur.

Minlərlə cip, yüzlərlə tankvuran raket

Hər müharibə kimi Suriyadakı vətəndaş müharibəsində də bəzi silah sistemləri ön plana çıxıb. Xüsusilə ciplərə quraşdırılmış “Tokça” zenit silahları həm Suriya Ordusu, həm də müxaliflər tərəfindən çox istifadə olunur. Eyni şəkildə, tankvuranlar da hər iki tərəfdə geniş istifadə olunur.

Müharibə illərində Rusiyaİranın köməyi ilə bu sayın artdığı, Suriyada tank əleyhinə silahlara qarşı istifadə edilən 1000-ə yaxın “Kornet” tankvuran raketlərin olduğu ortaya çıxıb. 2016-cı ildə Suriya ordusunu təhlil edən rus hərbi mütəxəssisi Valentin Vasilescunun verdiyi məlumata görə, Rusiyaİranın köməyi ilə Suriya ordusu bir çox qabaqcıl snayper silahları da əldə edib.


Suriyanın hava qüvvəsi

Müharibədən əvvəl 60 minlik Hərbi Hava Qüvvələri Suriya Ordusunun ən vacib və elitar bölməsi idi. Əsəd rəhbərliyinin ən vacib sütunlarından olan Hərbi Hava Qüvvələri Kəşfiyyatı da bu qüvvənin içində idi. Hələ də Suriya ordusunu idarə edən fəal komandirlər keçmiş Hərbi Hava Qüvvələri Kəşfiyyatının üzvləridir. Onlardan biri Pələng Qüvvələri Komandiri Süheyl Həsəndir.

Hava qüvvələrinin silah inventarı isə, “Global Firepower Index”in 2020-ci il məlumatlarına görə, ümumilikdə 456 təyyarə və vertolyotdan ibarətdir. Bu təyyarələrin bəzilərinin xüsusiyyətləri aşağıdakı kimi göstərilir:

Döyüş təyyarələri: 199

Xüsusi hücum: təyyarəsi: 20

Yük təyyarələri: 4

Təlim təyyarələri: 67

Vertolyotlar: 165

Hücum vertolyotları: 27

Köhnə təyyarələrin bəziləri Rusiya tərəfindən yenilənib

Məlumdur ki, Suriyanın əlində F-16-larla mübarizə aparmaq şansı olmayan köhnə Mig-21, Mig-23 rus təyyarələri və daha inkişaf etmiş, az sayda Mig-29 var.

Rus hərbi mütəxəssisi Valentin Vasilescunun 2016-cı ildə yazdığı məqaləyə görə, Suriya ordusu daxilində 21 Su-24MK bombardman təyyarəsi və 64 MİG-23 təyyarəsi yenilənib.

Yeri gəlmişkən, pilotların bəziləri müharibə zamanı ölkədən qaçdığından, bəziləri isə öldüyündən təcrübəli pilot çatışmazlığı olduğu iddia edilib. Ancaq, görünür, Rusiya təyyarələrinin köməyi ilə bu problem qismən aradan qaldırılıb.

Hava müdafiəsi qüvvəsi qismən qorunur

2011-ci ildə Suriya güclü hava müdafiəsinə malik bir ölkə kimi tanınırdı. Onun 600 köhnə tipli rus sa2, sa3, sa5 və sa6, çox da müasir olmayan sa8, sa10 sistemi və 4 min zenit silahı vardı. Müharibə illərində bir çox hava müdafiə bazalarının müxalifət tərəfindən ələ keçirilməsi bu gücü zəiflətsə belə, yenə də əlindəki sistemləri qoruduğu iddia edilib. Bundan əlavə, S-300-ün əvvəlki versiyası olan S-200 və Pantsir-S1 sistemləri əldə etdiyi önə sürülüb. Lakin mövcud hava sistemlərinin İsrail hava hücumlarının qarşısını almaqda yetərsiz olduğu müşahidə edilib. Digər tərəfdən, bir İsrail təyyarəsini vurması hələ də öz gücünü qismən qoruduğunu göstərir.

İsrail hava hücumları da Suriyanın ən böyük zəifliyinin elektron müharibə olduğunu ortaya çıxarıb. Bu məsələdə bir tədbir görüb görmədiyi də məlum deyil.

Dəniz qüvvəsi

Suriyanın dəniz qüvvəsi bir xeyli zəifdir. “Global Firepowe Index”in 2020-ci il məlumatlarına görə, dəniz qüvvəsi 56 gəmidən ibarətdir. Bu gəmilərin bəziləri haqqında məlumat aşağıdakı kimidir:

- 33 patrul qayığı

- 2 freqat

- 7 mina gəmisi

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar