Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Suriya deyil, Bakıdır... – Fotolar

Artıq xeyli vaxtdır ki, keçmiş Sovetski adlanan ərazidə köçürmə işləri aparılır...

19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, bununla bərabər Təzə Pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə çox acınacaqlı mənzərə görünür.

Ayrı-ayrı yerlərdə söküntülər arasındakı evlər müharibə dövründəki xarabalıqları xatırladır. Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir, piyadaları demirəm, heç maşınla keçmək mümkün deyil. Allahın evinə getməyə vətəndaşlar əziyyət çəkirlər.

Səbəb isə çox sadədir. Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, ağlasığmaz məbləğlərin tələb edilməsidir. Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan isə 10-15 nəfərin köçməməsidir.

Ərazidən fotoları təqdim edirik:

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sovetski


loading...

Ən çox oxunanalar