Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni qiymət artımına görə xəttə buraxılan mikroavtobusları bu hala saldılar - Foto

Bir neçə şəxs Biləsuvar-Bakı xəttinə buraxılmış yeni mikroavtobusların təkərlərini deşib

PİA.az APA-ya istinadən xəbər verir ki, Biləsuvar avtovağzalında anoloji hadisə bir neçə ildir təkrarlanır. Avtovağzal tərəfindən süni qiymət artımına və qanunsuz sərnişindaşımaya qarşı mübarizə məqsədilə xəttə buraxılan yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb. Ərazidəki təhlükəsizlik kameraları mikroavtobusun təkərlərini yararsız hala salan şəxslərdən birini müəyyən etməyə imkan verib. Avtovağzal rəsmisi görüntülər əsasında hadisəni törədən şəxsin Elçin Məmmədov olduğunu bildirir. Sürücülər isə əlavə edir ki, bu şəxs tək deyil və onun kimi bir neçə şəxs Bakıda və Biləsuvarda qanuni fəaliyyət göstərən sürücüləri təhdid edir, müxtəlif üsullarla maneələr yaradırlar. Xüsusən də bayram günlərindəki sərnişin sıxlığını fürsət bilən sözügedən işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Sərnişinləri narahat edən bu qanunsuz fəaliyyətin qarşısını almaqdan ötrü Biləsuvar avtovağzalında xəttə yeni marşrutlar buraxılıb. Rayondan paytaxta üz tutan sərnişinlərə Tarif Şurası tərəfindən məbləği təsdiqlənmiş 4 manat 40 qəpiklik biletlər təklif edilib.

Biləsuvar Rayon Polis Şöbəsinə faktla bağlı məlumat verilib. Hadisəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar