Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Süni qida məhsullarının istehsalı və idxalına dair tələblər sərtləşdirilib

Prezident İlham Əliyev fərman imzalayıb

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasında süni qida məhsulları istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsullar ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınacaq. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlərin istehsal etdiyi və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilməmiş süni qida məhsullarının Azərbaycan Respublikasına idxalı qadağandır. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında süni qida məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

Süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Pia.az


loading...