Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suna Kasımoğlu dopinq istifadə edib? - “Maşın”da dopinq qalmaqalı

"M Group Production”nın mətbuat katibi məsələyə aydınlıq gətirib...

ATV-də yayımlanan “Maşın” şounun qalibi Suna Kasımoğlunun dopinq istifadə etdiyi ilə bağlı iddialar səsləndirib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunub. İstifadəçilər S. Kasımoğlunun dopinq qəbul etdiyi üçün maşının ətrafında sona qədər dözümlülük göstərdiyini qeyd ediblər.

Məsələ ilə bağlı "M Group Production”nın mətbuat katibi Könül Əlibəyli ilə əlaqə saxladıq. "Yeni Sabah"a danışan K. Əlibəyli finalçıların dopinq-testindən keçirilmədiyini, amma şouda belə bir şeyin ola bilməyəcəyini deyib:

“Yox, elə bir şey mümkün deyil. Bizdə elə güclü nəzarət var ki, heç ağıla gələsi bir şey deyil. Xeyr, iştirakçıları test etmirik, özümüz özümüzə şübhə edirik ki, finalçıları da analiz edək? Belə bir şey mümkün deyil. Bizdə oyunçulara nəzarət edənlər, təhlükəsizlik xidməti əməkdaşları var, onlar həmişə iştirakçıların yanında olublar. İştirakçılar daim bizim nəzarətimiz altında olurlar. Harasa buraxılmırlar ki, gedib nəsə alsınlar və qəbul etsinlər. Belə bir şey qaydalara görə qadağandır. 18 “Maşın” ərzində belə bir şey olmayıb. İlk dəfədir belə iddialar eşidirəm. Bu vaxta kimi belə bir şey ağlımızın ucundan da keçməyib ki, qaydalara belə bir şey salaq. Belə bir şey heç vaxt olmayıb”.

Məsələ ilə bağlı futbolçularla işləyən tanınmış həkim Akif Taqarovla da əlaqə saxladıq. A. Taqarovun sözlərinə görə, hər hansı idmançının, şəxsin topinq qəbul edib-etmədiyini ancaq dopinq-testdən keçirməklə müəyyənləşdirmək olar:

“Əlbəttə ki, idmançıların dopinqdən istifadəsi qadağandır. Bəzi dərmanlar var ki, idmançılara onları istifadə etmək qadağandır. Ümumiyyətlə, bir həkim kimi deyə bilərəm ki, dopinq insanda gücü, dözümlülüyü artırır. İdmançının, hər hansı bir şəxsin dopinqdən istifadə edib-etmədiyini ona baxaraq və ya digər formada bilmək mümkün deyil. Kiminsə dopinq qəbul edib-etmədiyini öyrənmək üçün onu ancaq dopinq-tesdən keçirmək lazımdır. Test nəticəsində onun dopinq qəbul edib-etmədiyi müəyyənləşə bilər.

Amma mən “Maşın” şoudakıların işinə qarışa bilmərəm. Öz işləridir. “Maşın” şouda iştirak edənlərin nə etdiyini bilmərəm. Bəlkə də, "ot"dan istifadə edirlər, nəşə çəkirlər. Elə o da bir növ dopinqdir də”.

Xatırladaq ki, "Maşın” şounun 18-ci sürətində finala qalan son iki iştirakçıdan türkiyəli aparıcı Suna Kasımoğlu həmkarı Lalə Mustafayevadan daha dözümlü çıxaraq avtomobili qazanıb.

pia.az


Etiket: Maşın şou

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar