Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sümük şorbası, bataqlıq yağı… Bu günə qədər aşkar olunan ən qədim 7 qida

Keçmişdəki insanların həyatı ilə bağlı araşdırmalar nəticəsində çox şey aşkar olunur. Uzun illərdir cəmiyyətlərin sosial və tarixi analizləri edilir. Pəhriz qaydaları təxmini proqnozlaşdırılsa da, illərdir buna dair bir dəlil yox idi. Yeməklər tez xarab olduğu üçün arxeoloqlar üçün son istifadə tarixi bitmiş qidaları qorunub saxlanılmış formada tapmaq çətin olur. Buna baxmayaraq bəzi müstəsna kəşflər edilib.

Musavat.com bu günə qədər aşkar edilmiş ən qədim qidalar haqqında maraqlı məlumatları təqdim edir.

1.Roma qəbir şərabı

Tarixdə romalıların dünyanı uzun müddət idarə etdiyi bir dövr olub. Çox möhtəşəm bir həyat tərzi keçirən romalılar, ölülərini zərif şəkildə basdırırdılar. Bununla bağlı bir şüşə şərab müasir dünyamıza gəlib çatıb. Almaniyada arxeoloqlar tərəfindən kəşf edilən şərab bilinən ən qədim şərabdır, hələ də maye şəklindədir.

2.Yanmış İngilis çörəyi

İngiltərənin Oksfordşir əyalətində 5500 yaşında olduğu təxmin edilən həddindən artıq çox bişmiş çörək, əvvəlcə kömürlə qarışdırılıb. Arxeoloqlardan biri çörəyin içərisində əzilmiş arpa dənələrini görüb. Hesab edilir ki, bu çörəyi Avropadan İngiltərəyə gələn ilk insanlar hazırlaya bilər. Çünki bu arpa əslində bir inqilabı təmsil edir. Avropadan İngiltərəyə gələn insanlar özləri ilə birlikdə yeni bir əkinçilik təcrübəsi gətiriblər.

3.Sümük şorbası

Ən qədim qidalar arasında olan sümük şorbasını Çinli işçilər kəşf ediblər. Yeni hava limanı üçün yol işləri zamanı işçilər bir qazan tapıblar. Vəziyyəti araşdıran arxeoloqlar bu qazana qoyulmuş və möhürlənmiş şorbanı görüblər. Təəccüblüdür ki, şorba hələ də maye halında idi, çox dadlı görünməyən bu şorba, 2400 illik oksidləşmə səbəbindən yaşıl rəng alıb. Ayrıca, içindəki sümüklərin olması arxeoloqları sevindirib, buna görə də şorbanı dadmaq məcburiyyətində qalmadan bunun nə olduğunu biliblər.

4.Bataqlıq yağı

Əlbəttə ki, bu qida həqiqətən bataqlıq yağı deyil, adi kərə yağıdır. 3000 il əvvəl İrlandiyada 77 kilo yağı saxlamaq üçün məhdud seçimlər var idi. Arxeoloqlar Kildare bataqlığının yaxınlığında yaşayanların yağları torfda gizlədib bataqlığa atdıqlarını və buna görə də onlara son dərəcə minnətdar olduqlarını söyləyirlər. Çünki bu kərə yağı 2009-cu ildə kəşf edildikdə, hələ də bütöv idi. Əlbəttə ki, yağ kimi keyfiyyəti itmişdi. Lakin vacib olan odur ki, yağ bu günə qədər bütöv şəkildə qalıb.

5. 4 min illik əriştə

Əriştə dünyanın ən qədim qidaları arasındadır. Əriştəni ilk dəfə kimin kəşf etdiyi uzun illərdir müzakirə olunur. Çinlilər, İtalyanlar, Ərəblər. Hamısının bu mövzuda müxtəlif iddiaları var. Ancaq uzun müddət çəkməsinə baxmayaraq, bu müzakirəyə son qoyacaq bir kəşf ortaya çıxıb. Çinin Sarı çayı yaxınlığında 4000 illik əriştə tapılıb.

6. Qurudulmuş ət

Çinin Vanli kəndində 2000 illik məzarda tapılan bu ət tarixin ən qədim quru ətidir. Arxeoloqlar, gözəl bir bürünc qazanda tapdıqları qara və yaşıl ətin məzara qoyulmadan əvvəl qurudulduğunu düşünürlər.

7. 110 illik şokolad

Yüz illərdir, ən populyar qidalardan biri olan şokoladın ən qədim dəlili 110 ildir. Bəli, siyahıda yer alan digər qidalar kimi şokoladın varlığı qədim zamanlara aid deyil, ancaq bu, dünyanın ən qədim şokoladı olmağa namizəddir. Bu şokolad qutusu Şotlandiyada tapılıb və Kral VII Edvardın adına olub. Edvardın tacqoyma mərasimini qeyd etmək üçün xüsusi hazırlandığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar