Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtın icra başçısı Əli Əsədovun qərarına məhəl qoymadı - Geniştərkibli iclas - Foto

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatını pozub...

PİA.az-ın xəbərinə görə, belə ki, Z.Fərəcovun rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı yaradılan komissiyanın geniştərkibli iclası keçirilib.

İclasda Sumqayıt şəhərində koronavirusa pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilib, bu istiqamətdə görülən işlər müzakirə olunub.

Vurğulanıb ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən də elə ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilib. Ölkəmizdə ilk Koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan kimi ölkə başçısının tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Sumqayıt şəhərində yaradılmış komissiya tərəfindən də şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal, dəmiryolunda və şəhərin müxtəlif yerlərində (park, bulvar, meydanlarında) qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır.

Şəhər icra hakimiyyətinin başçısı bir daha şəhər sakinlərindən xahiş edib ki, çox ciddi zərurət olmadğı təqdirdə küçəyə çıxmaqdan çəkinsinlər. Özlərinin, ailələ üzvlərinin və uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə evdə qalmağa üstünlük versinlər.

İclasda şəhər rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verib.

Qeyd: İclasda diqqətçəkən məqam iştirakçıların maska taxması olub. İcra başçısı isə maskadan istifadə etməyib.

Xatırlatma: Baş Nazir Əli Əsədov martın 17-də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.

Təlimatda deyilir:

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət olunması Sizə tapşırılır:

1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1. qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.2. yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın;

7.3. vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4. vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5. mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6. görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir. (Pravda.az)

pia.az

Fotolar




Etiket: Zakir Fərəcov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar