Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda sürücü onu təhqir edən qadını təpiklə avtobusdan atdı - Video

Sumqayıtda sürücü ilə sərnişin arasında dəhşətli insident yaşanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 16-da baş versə də, videogörüntüləri yeni yayılıb.

Hadisə Sumqayıtda 12 saylı sərnişin avtobusunda baş verib. Belə ki, sərnişinlə sürücü arasında yaranan mübahisə xəsarətlə yekunlaşıb.

Qadın sərnişin sürücünü ağır formada təhqir edir və əl çantası ilə ona hücum çəkir. Sükan arxasında olan sürücü isə əvvəlcə sərnişinə cavab olaraq təhqir səsləndirir. Sərnişinin ona hücum çəkməsindən qəzəblənən sürücü qadını təpiklə itələyərək avtobusdan atır. Hadisə zamanı qadın qapıdan yola yıxılır.

İlkin məlumata görə, mübahisəyə səbəb kimi sürücünün sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə etiraz etməsi olub. Qadının xəsarət aldığı deyilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır:

“Məsələ ilə bağlı təhqiqat aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edilib ki, 12 saylı avtobusun sürücüsü A.Kosayev işdən çıxarılıb. Faktla bağlı xəsarətlərin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar