Bazar ertəsi, 18 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sumqayıtda "Qaçqınkom"a 20 hektara yaxın yeni ərazi ayrıldı

Rövşən Rzayev bu barədə məlumat verib...

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

"Ötən il Sumqayıt şəhərində Sizin iştirakınızla iki qəsəbənin açılışını etmişik. Sumqayıtdakı 1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində 1005 ailəlik şəhərcik Sizin iştirakınızla istifadəyə verilib və orada da köçkünlər yaşayırlar. Sizin tapşırıqlarınıza uyğun olaraq, Abşeron rayonunun "Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən ayırdığınız vəsait hesabına inşa edilir. Düşünürəm ki, biz o qəsəbəni də 10 ay ərzində təhvil verə biləcəyik. Eyni zamanda, Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıb. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub", - deyə o qeyd edib. (report.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qaçqınkom

Şərh yazın.

loading...

Ən çox oxunanalar