Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sumqayıtda narkotik dövriyyəsinə görə 3 nəfər tutulub

Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Nakolka Samir” ləqəbli Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif narkotik maddələr aşkar edilib. Belə ki, Samir Baxışovdan müxtəlif çəkilərdə 17 büküm narkotik vasitə olan heroin, İbrahim Əliyevdən narkotik tərkibli amfetamin, Murad Cumatovdan isə 1 büküm heron götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Helikopter qəzasında həlak olan hərbçilərdən üçü Şəhidlər xiyabanında dəfn edilmədi

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

Deputat: "Şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır"

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay