Sumqayıt şəhərində, 5-ci mikrorayonda iki qarajın arasında sıxılı vəziyyətdə tapılan meyitin şəxsiyyəti məlum olub...
APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini, 1987-ci il təvəllüdlü Muradov İlkin Murad oğludur. Onun narkotikin təsirindən öldüyü müəyyən olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində iki qarajın arasında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.
PİA.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.
pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627