Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda 66 sahibkar icra başçısından Prezidentə şikayət etdi

Zakir Fərəcov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra “Şərq bazarı” adlanan ərazidə 66 sahibkarın dükanlarının sökülməsi ilə başlanan narazılıq hələ də davam edir

Sahibkarların dükanları 2017-ci ilin may ayında sökülərndə Zakir Fərəcov onlara, həmin ilin sentyabr-oktyabr aylarında yeni obyektlərinin tikilib hazır olacağı haqda zəmanət məktubu verib.

Sən demə, icra başçısı onları aldadıb və Zakir Fərəcov bu günə qədər sahibkarlara verilən vədinə əməl etmir. Daha doğrusu, onlara qısa zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyini vəd eləsə də, tikinti işlərinə heç başlanmayıb.

Sumqayıtdan olan 66 sahibkar icra başçısından Prezidentə şikayət etdi

Qeyd edək ki, 2017-ci ilin may ayında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükanları və Rəşid Babayevə məxsus obyektlər də daxil olmaqla, mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz sökdürüb.

O vaxtdan bəri sahibkarlar dəfələrlə Prezident Administrasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gediblər, Prezident İlham Əliyevə, Ədliyyə nazirinə, digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazıblar, teleqram göndəriblər.

Sahibkarların verdiyi məlumata görə, Zakir Fərəcov təkcə onları yox, həm də Prezident Administrasiyasında onları qəbul edən vəzifəli şəxsləri də aldatmaqla məşğuldur. Bu səbəbdən sahibkarlar birbaşa Prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıblar. Şikayətçilər dövlət başçısına müraciətlərində bildirirlər ki, Z. Fərəcov onları aldadır, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına imkan vermir və vədinə əməl edib, pozulan hüquqlarını bərpa etmək istəmir.

Reyting.az Z. Fərəcovun və Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar