Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri … - Səkinə Sadıqova Ruhi Dispanserdə 2 ay müalicə olunub…

Səkinə Sadıqovanın İcbari Tibbi Sığorta Agentliyindəki “dayağı” kimdir? Sumqayıtın səhiyyə işçiləri cənab Zaur Əliyevdən cavab gözləyir…

Haqqında bəhs edəcəyimiz şəxs YAP Sumqayıt şəhər Təşkilatının qadınlarla iş üzrə müavini, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovadır.

Məlumat üçün onu qeyd edək ki, Sumqayıt şəhər səhiyyə şöbəsinə son illərdə, yəni 1998-2005-ci illərdə Karlen Abbasov, 2005-2019-cu illərdə Rauf Sadıxov, 2019-cu ildən isə Səkinə Sadıqova rəhbərlik edir.

Səkinə Sadıqovanın adı Sumqayıt şəhər Səhiyyə şöbəsinə dövlətin səhiyyəyə ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb.

Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik.

Sumqayıt səhiyyə şöbəsində əməlli-başlı alver gedir

Yuxarıda qeyd etdiyimiz kimi 1998-2005-ci illərdə Sumqaylt səhiyyə şöbəsinə Karlen Abbasov rəhbərlik edib.

Karlen Abbasov Səkinə Sadıqovanı əvvəlcə Səhiyyə şöbəsində inspektor, sonra isə, xəxtəxanalardan birinə baş həkim təyin etmək istəyirmiş. Amma Səkinənin ruhi xəstə olduğunu görən Karlen Abbasov fikrindən daşınıb.

Təsəvvür edirsiniz, Səkinə Sadıqova bütün səhiyyə işçilərinə, o cümlədən xəstələrə deyirmiş ki, gecə yuxuda Allah ona vergi verib. Hətta deyirmiş ki, insan bədənində olan bütün xəstəlikləri əllərimlə masaj edib aradan qaldırıram, bütün xəstəliklər yox olur. Beləliklə Səkinə Sadıqova bir müddət guya “vergili” olması ilə xeyli sayda xəstəyə fırıldaq gələrək çoxlu pul qazanıb.

Bütün bunları görən Karlen Abbasov o zamankı Ruhi dispanserin baş həkimi Mail Tağıyevə tapşırır ki, Səkinəni dispanserdə yatırtsın və onu müalicə etsin.

Beləliklə bu adam ruhi dispanserdə 2 ay ciddi müalicə olunur, ağır psixotrop dərmanlardan istifadə edir.

Və beləcə, günün birində Səkinə Sadıqova hansı yollasa, Sumqayıt şəhər səhiyyə şöbəsinə müdir təyin olunur.

Bəli, Səkinə Sadıqova müdir təyin olunan kimi onun barəsində xəstəxanada olan bütün məlumatları sildirib. ( Hər halda Səkinəni müalicə etmiş dispanserin baş həkimi Mail Tağıyevdən soruşulsa, bunu təsdiq edə bilər).

Artıq Sumqayıt həkimləri Səkinə Sadıqovanın əlindən boğaza yığılıblar

Məlumdur ki, hazırda cənab Prezidentin tapşırığı ilə ölkədə İcbari Tibbi Sığorta tətbiq edilir. Amma Səkinə Sadıqova Prezidentin tapşırığını qulaqardına vuraraq Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb, onu tibbi sığorta maraqlandırmır. Səkinə öz qanunları ilə işləyir.

Bu gün Sumqayıtdakı xəstəxanaların həkimləri ilə yanaşı, baş həkimlər də Səkinədən dəfələrlə savadlı və təcrübəli olsalar da, Səkinən “qayda-qanunları” ilə işləməyə məhkumdurlar.

Belə ki, Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin xəbəri olmadan istədiyi adamı hansı vəzifəyə istəyirsə təyin edir və işdən azad edir. Baş həkimlər buna etiraz edə bilmirlər.

Sumqayıt həkimləri deyir ki, Səkinə Sadıqova hər addımda bizi təhdid edir, öz rəfiqələri vasitəsilə kollektivdə münaqişə yaradır.

Həkimlərin dediklərindən bəlli olur ki, Səkinə Sadıqova özünə guya hüquqşünas olan “Qaloş” ləqəbli Oqtayı müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün Səkinənin rəfiqələrindən biri olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə səhiyyə şöbəsində kadrlar üzrə müavinidir.

Səkinə Sadıqova bu boyda Sumqayıt şəhərinin səhiyyə şöbəsində, xəstəxanalarda öz şəbəkəsi vasitəsilə həkimləri, baş həkimləri şantaj edir, ləkələyir.

Səkinə Sadıqovanın İcbari Tibbi Sığorta Agentliyindəki “dayağı” kimdir?

Səkinə Sadıqova deyir ki, İcbari Tibbi Sığorta Agentliyində mənim adamım var, heç kim mənə heç nə edə bilməz.

Sumqayıt şəhərinin tibb işçiləri İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev barəsində yüksək fikirdə olduqlarını deyirlər. Və düşünürlər ki, belə bir ruhi xəstənin Sumqayıt səhiyyəsinə rəhbərlik etməsindən Zaur Əliyevin və şəhər rəhbərliyinin xəbəri yoxdur.

Redaksiyamıza müraciət edən bir qrup həkimlər onu da bildirdilər ki, Sumqayıt Səhiyyə idarəsində Səkinə Sadıqova o qədər dəhşətli özünə sərf edən qaydalar tətbiq edib ki, biz ona heç cür dözə bilmirik. Bir nəfərin əvəzinə 4 nəfər işə götürür və hər birindən istədiyini alır.

Siz hələ Səkinə Sadıqovanın Sumqayıt Səhiyyəsinin mühasibatlığında apardığı qan donduran maliyyə fırıldaqlarını bilmirsiniz. Qulaq asın o haqda danışaq. Bu barədə növbəti yazıda.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. (gündəlik bakı)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - Fotofakt

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

“Erməni”lər Lənkəranda: Qədim və səfalı kənd yer üzündən silinir - Video

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

Bakıda dəhşət: Küçədən çürümüş körpə meyiti tapıldı

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdi

“McDonalds” Rusiya bazarını həmişəlik tərk etdi

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi - Təfərrüat

Ən çox oxunanalar