Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt bulvarının bir hissəsi zibil poliqonuna çevrilib? - Video

Sumqayıt sakinləri dənizkənarı bulvardakı antisanitar vəziyyətdən şikayət edirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntülər göndərilib.

Vətəndaş iddia edir ki, Sumqayıt bulvarının bir hissəsində səliqə yaradılsa da, digər hissəsi baxımsız vəziyyətdədir:

“Kanalizasiya suları dənizə axıdılır, ətrafa məişət tullantıları atılır. Bulvarın bir hissəsi zibil poliqonunu xatırladır. Ərazi neçə müddətdir ki, təmizlənmir. Bu səbəbdən üfunət qoxan bulvarda dayanmaq mümkün olmur. Bulvarın bir hissəsində abadlıq işləri aparılsa da, digər hissəsində işlər tamamlanmayıb”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə mütəmadi olaraq təmizlik işləri aparılsa da, vətəndaşlar bəzi hallarda qaydalara riayət etmirlər:

“Təəssüf ki, bəzən həmin ərazidə yaşayan, istirahət edən vətəndaşlar tərəfindən Xəzər bağları adlanan əraziyə məişət tullantıları atılır. Bu hallar zaman-zaman müşahidə edilir. Ərazidə mütəmadi olaraq təmizlik işləri aparılır. Məsələ ilə bağlı qısa müddət ərzində yaranan problemin aradan qaldırılması üçün tədbir görüləcək”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar