Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülhməramlıların rəhbərliyi Bakıya çağrılmalıdır” - Sabiq xarici işlər naziri

Rusiya sülhməramlılarının nəzarəti altında olan yolla Azərbaycana gətirilən və onların nəzarəti altında olan ərazilərə basdırılan minalar sülhməramlılarının missiyasının vaxtından əvvəl bitirilməsi üçün Azərbaycana əsas verirmi?...

Tofiq Zülfüqarlı: “Sülhməramlıların missiyası Azərbaycanda heç kəsi qane etmir. Çünki onlara hansı direktivlərin nələr olduğu, hansı siaysətə qulluq etdikləri və qarşılarında hansı vəzifələrin qoyulması bilinmir”.

“Biz görürük ki, qanunsuz hərbi hissələrin topları, tankları var. Əgər Rusiya bu şəkildə sülhə nail olmaq istəyirsə, bu yolla mümkün deyil. Öncəliklə sülhməramlıların nəzarətində olan bütün silahlar toplanılmalı, ondan sonra orda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası təmin edilməlidir”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı 2021-ci il Ermənistan istehsalı olan minaların Rusiya sülhməramlılarının nəzarəti altında olan yolla Azərbaycana gətirilməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Avqustun 15-də Qarabağda, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində minalanmış sahədən ümumilikdə 991 ədəd Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılıb və məlum olub ki, bu minalar 2021-ci ildə istehsal olunub.

Həmin minaların Rusiya sülhməramlılarının nəzarəti altında olan yolla Azərbaycana gətirilməsi və onların nəzarəti altında olan ərazilərə basdırılması özü-özündən aydındır və bu halda sülhməramlı missiyanı həyata keçirən Rusiyanın Qarabağdakı fəaliyyəti heç də anlaşılan deyil. Belə olan halda sülhməramlılarının missiyasının vaxtından əvvəl bitirilməsi üçün Azərbaycana əsas verirmi?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı ilə müzakirə edib.

Tofiq Zülfüqarlı: “Rusiya sülhməramlıları ilə bağlı Azərbaycan ciddi ölçü götürülməlidir”.

Erməni hərbiçilərinin və qanunsuz hərbi birləşmələrin Xankəndini tərk etməli olduğunu bildirən sabiq xarici işlər naziri PİA.az-a açıqlamasında qeyd edib ki, onların hərbi istiqamətdə hansısa işləri görməsi, o cümlədən nəzarətlərində olan ərazilərə minaların basdırılması qəbuledilməzdir:

“Ümumiyyətlə yeni təmas xəttinin yaradılması tamamilə yanlış məsələdir. Yəni yeni təmas xəttinin yaradılması heç də sülhməramlıların vəzifəsinə uyğun deyil. Söhbət ondan gedir ki, sülhməramlılar təmas xəttində xidmət aparsınlar, deyə oraya dəvət olundular. Bizə də belə bir missiya lazım deyildi. Öncədən nəzərdə tutulan o idi ki, sülhməramlılar bölgənin Azərbaycana inteqrasiya prosesində yardımçı olsunlar. Yəni sülhməramlıların vəzifəsi və missiyası budur.

Amma bu gün onar nəzarət etdikləri ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinə təlim keçirlərsə, yeni təmas xətti yaradıb onları qoruyursa və ərazilərə minalar basdırırlarsa, bu sülhməramlı missiya deyil. Rusiya sülhməramlılarının indiki fəaliyyəti Azərbaycan ərazisini ilhaq edərək orda terrorçu qüvvələri qorumaq anlamına gəlir.

Ona görə də sülhməramlılarının Qarabağda olan özbaşınalıqlarının qarşısı alınmalıdır. Əgər lazım olsa, sülhməramlıların rəhbərliyi Bakıya çağrılmalıdır və burada onlara onların vəzifələri daha da dəqiq göstərilməlidir.

Doğrusu, sülhməramlıların missiyası Azərbaycanda heç kəsi qane etmir. Çünki onlara hansı direktivlərin nələr olduğu, hansı siaysətə qulluq etdikləri və qarşılarında hansı vəzifələrin qoyulması bilinmir.

Biz yaddan çıxarmamalıyıq ki, bu iki ölkə tərəfindən təşkil olunmuş bir missiyadır. Monitorinq qrupunun digər bir hissəsi Türkiyə hərbiçiləridir. Amma biz doğrusu, monitorinq qrupundan heç bir məlumat almırıq. Onların orda nə işlə məşğul olmaları da bilinmir.

Tofiq Zülfüqarlı: “Əgər Ermənistan kapitulyasiya aktı imzalayıbsa, o ağır silahlar ümumiyyətlə toplanmalı və Azərbaycana təhvil verilməlidir. Ya da xüsusi mərkəzdə həmin toplar sülhməramlıların nəzarəti altında saxlanılmalıdır”.

Bu qədər minaların basdırıması da təbii ki, bir gündə baş verən məsələ deyil. Eyni zamanda bu günlərdə sosial şəbəkələrdə bir video paylaşıldı. Videoda görünürdü ki, toplarla Azərbaycan tərəfinə atəş açılır. Soruşmaq lazımdır ki, oradakı toplar kimin toplarıdır və nəyə görə oradadırlar?

Əgər Ermənistan kapitulyasiya aktı imzalayıbsa, o ağır silahlar ümumiyyətlə toplanmalı və Azərbaycana təhvil verilməlidir. Ya da xüsusi mərkəzdə həmin toplar sülhməramlıların nəzarəti altında saxlanılmalıdır. Amma biz görürük ki, qanunsuz hərbi hissələrin topları, tankları var. Əgər Rusiya bu şəkildə sülhə nail olmaq istəyirsə, bu yolla mümkün deyil. Öncəliklə sülhməramlıların nəzarətində olan bütün silahlar toplanılmalı, ondan sonra orda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası təmin eilməlidir. Sülhü bu yolla əldə etmək olar, qanunsuz hərbi birləşmələri qoruyaraq yox.

Ümumiyyətlə, hesab edirəm ki, Rusiya sülhməramlıları üçün Azərbaycan ciddi ölçü götürülməlidir. Erməni hərbiçiləri və qanunsuz hərbi birləşmələr Xankəndini tərk etməlidir. Onların hərbi istiqamətdə hansısa işləri görməsi, o cümlədən minaların basdırılması təbii ki, qəbuledilməzdir və buna görə də Azərbaycan sülhməramlı missiyanın vaxtından əvvəl sona çatdırılmasını tələb edə bilər. Beynəlxalq normalara görə də Azərbaycanın buna haqqı çatır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar