Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlıların bu qədər hərbi texnikaya və hücum silahlarına ehtiyacı varmı?..

200-ə yaxın səfər edən yük təyyarələri ilə ən yeni texologoyaya sahib olan texnikaların Dağlıq Qarabağa daşınması nədən xəbər verir?..

Əhəd Məmmədli: “Bəyanat imzalanandan sonra Rusiyanın etdiyi canfəşanlıq və 200-ə yaxın texnika daşıyan təyyarənin Yerevana enməsi narahedici məsələdir”.

İbrahim Rüstəmli: “Ermənilərin Ağdam və digər bölgələrimizdən könüllü çıxması məsələsində problemlər yaşanır. Hətta rus və erməni silahlıları arasında atışmalar da olub”.

Rusiya sülhməramlılarını daşıyan təyyarələr son sutka ərzində daha 20 uçuş həyata keçiriblər. 15-ci briqadanın Qarabağa gəlməsi üçün təşkil olunan bu uçuşlarda 30 müxtəlif hərbi texnika daşınıb.

Xatırladaq ki, imzalanan üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir.

Qeyd edək ki, noyabrın 10-dan bəri Rusiya hərbi yük təyyarələri Yeravana təqribən 200 eniş edib. Onlar müxtəlif texnikalar və canlı qüvvə daşıyıblar. Yayımlanan fotolarda sülhməramlıların Dağlıq Qarabağa həmçinin hücum silahları və havadan müdafiə sistemləri daşıdıqları görünür.

Sülhməramlıların bu qədər hərbi texnikaya və hücum silahlarına ehtiyacı varmı? 200-ə yaxın səfər edən yük təyyarələri ilə ən yeni texologoyaya sahib olan texnikaların Dağlıq Qarabağa daşınması nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli və hərbi ekspert İbrahim Rüstəmli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Rusiyanın sülhməramlı qüvvələri üçün bu qədər güc yığması anlaşılan deyil”.

Rusiyanın Qarabağda hərbi gücünü artırmaq fikrində olduğunu düşünən politoloq ümid edir ki, Azərbaycan tərəfi Rusiyanın Qarabağda atdığı hər addımları diqqətlə izləyir və bu addımlara müvafiq olaraq da hazırlıqlar görür:

“Bəyanat imzalanandan sonra Rusiyanın etdiyi canfəşanlıq və 200-ə yaxın texnika daşıyan təyyarənin Yerevana enməsi narahedici məsələdir. Belə çıxır ki, Rusiya Qarabağda hərbi gücünü artırmaq fikrindədir. Çünki Rusiyanın sülhməramlı qüvvələri üçün bu qədər güc yığması anlaşılan deyil.

Bu məsələdə daha da narahatedici iş erməni silahlı qüvvələrinin orada hələ də qalmasıdır. Ola bilsin ki, Azərbaycan dekabrın 1-ə gözləyir. Düşünürəm ki, Azərbaycan dekabrən 1-dən sonra Rusiyaya adekvat cavab verəcək. Biz bunu gözləyirik. Ümid edirik ki, Azərbaycan tərəfi Rusiyanın Qarabağda atdığı hər addımları diqqətlə izləyir və bu addımlara müvafiq olaraq da hazırlıqlar görür”.

İbrahim Rüstəmli: “Sülhməramlıların zirehli texnikasının sayının artırılması vəziyyətdə heç nəyi dəyişmir”.

Sülhməramlılara texnikanın daşınmasının Azərbaycan üçün heç bir təhlükə yaratmadığını iddia edən hərbi ekspert İbrahim Rüstəmli PİA.az-a açıqlamasında əlavə edib ki, ortada Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanmış bəyanat var. Bu bəyanatda da sülhməramlılar missiyası aydın qeyd olunub:

“Rus sülhməramlıları üçün texnikanın Qarabağa daşınması mövcud vəziyyətlə bağlı olan məsələdir. Yəni real tələblərdən çıxış edərək bunu qiymətləndirmək mümkündür. Sülhməramlıların kontingenti konflikt zonalarda olan vəziyyətlə bağlı bu texnikaları və silahları tələb edir.

Qeyd edim ki, ermənilərin Ağdam və digər bölgələrimizdən könüllü çıxması məsələsində problemlər yaşanır. Hətta rus və erməni silahlıları arasında atışmalar da olub. Görünür sülhməramlıların komandanlığı bu vəziyyəti qiymətləndirərək yeni silahların, texnikaların gətirilməsinə ehtiyac duyur.

İbrahim Rüstəmli: “Ola bilsin ki, bu sülhməramlılar özlərinin təhlükəsizliyi üçün nəzərdə tutulmuş tədbir planının bir hissəsidir”.

Bu Azərbaycan üçün heç bir təhlükə yaratmır. Çünki ortada Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanmış bəyanat var. Bu bəyanatda da sülhməramlılar məsələsi aydın qeyd olunub. Sülhməramlıların əsas vəzifəsi də olduqları yerdə konflikdə yol verməmək, baş verən hadisələrin qarşısını almaqdır. Buna görə də sülhməramlıların zirehli texnikasının sayının artırılması vəziyyətdə heç nəyi dəyişmir. Ola bilsin ki, bu sülhməramlıların özünün təhlükəsizliyi üçün nəzərdə tutulmuş tədbir planının bir hissəsidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar